SON XƏBƏRLƏR

DİN başçısının Xamneyiyə yazdığı məktub İranda qarışıqlıq yaradıb

2021.10.20, 07:36
DİN başçısının Xamneyiyə yazdığı məktub İranda qarışıqlıq yaradıb

Gunaz.tv
Məktubda Musəvinin prezident seçkilərində qalib gəldiyi bildirilir Bu gün islahatçı namizəd Mir Hüseyin Musəvi tərəfdarlarının Tehranda etiraz mitinqi təşkil etməsi gözlənilir. ANS PRESS-in «CNNTürk»ə istinadən verdiyi xəbərə görə, belə bir şəraitdə İranda təəccüblü bir sənəd ortaya çıxıb. İranın daxili işlər naziri Sadiq Muhsulinin dini lider Xamneyiyə yazdığı məktubda Müsəvinin prezident seçkilərində seçicilərin çoxunun səsini qazanaraq birinci yerdə qərarlaşdığı bildirilib. Məktubun saxta olub-olmadığı hələ müəyyən olunmayıb. Məktubun 13 İyun 2009-cu ildə, seçkidən bir gün sonra yazıldığı və nazir tərəfindən imzalandığı iddia olunur. İngiltərənin «The İndependent» qəzetinin yazarı, Orta Şərq eksperti Robert Fisk həmin məktubun mətnini nəşr edib. Məktubda bildirilir ki, Əhmedinejad səslərin sayına görə birinci yox, üçüncü yerdədir. Musəvi isə birinci yerdədir. Halbuki rəsmi nəticələrə görə, Əhmedinecat 24 milyon, Musəvi 13 milyon səs yığıb. Məktubdakı nəticələrə görə, səslərin nisbəti Musəvi və Kərrubi arasında bölünüb. Bu da seçkidə ikinci turun keçirilməsi deməkdir. Yəni nəticə birmənalı Musəvinin lehinə deyil. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar