SON XƏBƏRLƏR

ABŞ PREZİDENTİ BANKLARDA İSLAHATLAR PLANINI AÇIQLAYIB

2021.10.20, 07:36
ABŞ PREZİDENTİ BANKLARDA İSLAHATLAR PLANINI AÇIQLAYIB

Gunaz.tv
Plan 88 səhifədən ibarətdir ABŞ-ın prezidenti Barak Obama ölkəsininin maliyyə sistemini nizmalanması üçün banklarda aparılacaq islahatlar planını açıqlayıb. Plana əsasən maliyyə böhranından ən çoz əziyyət çəkən maliyyə institularına dövlət nəzarəti gücləndiriləcək. Planının detallarını açıqlayan Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama bank sisteminə təklif olunan islahatların maliyyə bazarlarının azad ədalətli və təhlükəsiz fəaliyyəti üçün şəırait yaradacağını bildirib. Barak Obama onu da qeyd edib ki, bu plan həm istehlakçılar, həm də işgüzar hüquqi və fiziki şəxslərin mənafeyinə xidmət edəcək. Amerika Birləşmiş Ştatlarının Federal Ehtiayyatlar İdarəsinin həyata keçirəcəyi nəzarətdə əsas məqsəd - ötən il baş vermiş böhranın bir daha təkrarlanmamasıdır. Barak Obama bu işdə hər bir qurumun böyük məsuliyyət daşıdığını deyərək, şəffaflığın başlıca rol oynadığını bildirib. 88 səhifədən ibarət plan layihəsinin həyata keçirilməsi üçün Maliyyə nazirliyi, Federal Ehtiyatlar İdarəsi və digər aidiyyatı olan qurumlar cəlb olunub. Mühafizəkar respublikaçılar isə alternativ plan təklif edirlər. Amerika Birləşmiş Ştatlarının Biznes Palatası planın əsas maddələrinə ciddi etirazlarını bildiriblər. Bütün bunlara baxmayaraq administasiya planın mükəmməl olduğunu və maliyyə böhrana qarşı davam gətirəcəyində əmin olduğunu açıqlayıb. www.itv.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar