SON XƏBƏRLƏR

Tehranda nümayiş davam edir

2021.10.20, 07:36
Tehranda nümayiş davam edir

Gunaz.tv
Tehranda şahidlər deyirlər ki, minlərlə adam şəhərin cənubundakı meydana toplaşıb. Onların əynində qara paltarların olduğu deyilir. Bu nümayiş İranda seçkilərin nəticələrinə etiraz əlaməti olaraq keçirilir. İranda prezidentliyə namizəd Mirhüseyn Musəvi tərəfdarlarına müraciət edərək nümayişlər zamanı həlak olanların xatirəsini yad etməyə çağırıb. Nümayişlər prezident Mahmud Əhmədinecadın qələbəsini elan edən nəticələr əleyhinə keçirilir. Seçkilərə cavabdeh olan Keşikçilər Şurası şənbə günü narahatlıqlarını müzakirə etmək üçün namizədləri toplantıya dəvət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar