SON XƏBƏRLƏR

MUSƏVİ İLƏ XATƏMİ BİRGƏ MƏKTUB YAZIB

2021.10.20, 07:36
MUSƏVİ İLƏ XATƏMİ BİRGƏ MƏKTUB YAZIB

Gunaz.tv
İran adlanan yerdə keçirilən son prezident seçkisinə namizəd kimi qatılmış Mirhüseyn Musəvi və İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkənin Məhkəmə Sisteminin rəisi Haşimi Şahrudiyə birgə məktubla müraciət ediblər. məktubda 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz edən ziyalıların kütləvi şəkildə həbs edilməsinə etiraz bildirilib: “Xalqa xidmətdə və zorakılıqların qarşısını almaqda böyük əməyi olan şəxsiyyətlərin həbsi nəinki indiki problemin həllinə yardım etməyəcək, əksinə, ictimaiyyətin narahatlığına və cəmiyyətdəki qarşıdurmaların daha da sərtləşməsinə gətirib çıxaracaq”. Məktubda etirazçıları gözdən salmaq üçün təxribatların törədildiyi, bu məqsədlə polis bölmələrində, vətəndaşların evlərinə hücum edən, mağazaları yağmalamaqla məşğul olan, küçədə avtomobillərin şüşələrini qıran şübhəli şəxslərdən istifadə olunduğu vurğulanıb: “Yürüşlərdə sivil rəftar, yüksək siyasi şüur nümayiş etdirən alicənab xalqa bu ləkələr yapışmaz”. Məktub müəllifləri dinc mübarizə aparan insanlara qarşı zorakılıqlara son qoyulmasını istəyiblər.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar