SON XƏBƏRLƏR

MUSƏVİ ÖZ TƏRƏFDARLARINI QARA PALTARDA YÜRÜŞƏ ÇIXMAĞA ÇAĞIRDI

2021.10.20, 07:36
MUSƏVİ ÖZ TƏRƏFDARLARINI QARA PALTARDA YÜRÜŞƏ ÇIXMAĞA ÇAĞIRDI

Gunaz.tv
Iran adlanan yerdə keçirilən son prezident seçkisinə namizəd kimi qatılmış keçmiş baş nazir Mirhüseyn Musəvi iyunun 17-də tərəfdarlarına müraciət edib. O, seçkinin rəsmi nəticələrinə etiraz olaraq iyunun 15-də Tehranda aksiya keçirən zaman qətlə yetirilən 8 vətəndaşın xatirəsini iyunun 18-də yürüşlə qeyd etməyə çağırıb. Tərəfdarlarını yürüşü sakit və dinc şəkildə keçirməyə, aksiyaya qara geyimdə çıxmağa çağıran M.Musəvi özünün də yürüşə qatılacağını vurğulayıb. İyunun 15-də nümayişçilər Azadlıq meydanına doğru hərəkət edərkən, saat 20:30-da hökumət qüvvələrinin qəfil silahlı hücumuna məruz qalıblar. Nümayişçilər “Bəsic”in (hökumət tərəfdarı olan könüllülər dəstəsi) Azadlıq küçəsində yerləşən 117 saylı "Aşura" batalyonu qərargahının damından atəşə tutulub. Azadlıq meydanına yaxın istiqamətdə silahlı motosikletçilər də nümayişçilərə atəş açıblar. Nəticədə 8 nəfər həlak olub, onlarla adam yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar