SON XƏBƏRLƏR

TÜRKİYƏ İLƏ ERMƏNİSTAN SƏRHƏD RAZILAŞMASI ƏLDƏ EDİB

2021.10.20, 07:36
TÜRKİYƏ İLƏ ERMƏNİSTAN SƏRHƏD RAZILAŞMASI ƏLDƏ EDİB

Gunaz.tv
ABŞ dövlət katibinin köməkçisi Filip Qordon: “Tərəflər diplomatik münasibətlər yaratmaq məsələsində də anlaşıb” “Türkiyə ilə Ermənistan öz aralarında sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına dair razılaşma əldə edib”. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə Alt Komitəsində bildirib. Diplomat vəzifəsinin icrasına başladıqdan və Cənubi Qafqaz regionuna səfərini başa vurduqdan sonra ilk dəfə komitədə hesabat verib (APA). Qordon çıxışında bildirib ki, Azərbaycan regional təhlükəsizlik, xüsusən terrorizmlə mübarizədə ABŞ üçün vacib müttəfiqdir. O, Avropa ölkələrinə enerji nəqli baxımından da Azərbaycanın rolunun mühüm olduğunu vurğulayıb. Qarabağ münaqişəsinə toxunan ABŞ rəsmisi ölkəsinin münaqişədə irəliləyişin əldə olunmasına kömək etdiyini deyib: “Minsk Qrupunda bizim həmsədr olan Metyu Brayza rusiyalı və fransalı həmkarları ilə birgə son bir il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin 5 görüşünü təşkil edib. Dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan liderləri ilə şəxsən bir neçə görüşlərə qatılıb. Sonuncu belə görüş mayın 5-də nazirlər Məmmədyarov və Nalbəndyanla keçirilib”. Avropa üzrə Alt Komitənin sədri Robert Vekslerin “Türkiyə-Ermənistan yaxınlaşması fonunda Azərbaycanla bağlı məqamlar nə qədər diqqətdə saxlanılır” sualına F.Qordon Türkiyə-Ermənistan yaxınlaşması və Qarabağ nizamlamasının paralel proses olduğunu qeyd edib. Türkiyə-Ermənistan yaxınlaşmasına toxunan dövlət katibinin müşaviri iki ölkənin sərhədlərin açılması, diplomatik münasibətlərin bərpa olunması, vacib sahələr, həmçinin tarixlə bağlı birgə komissiyanın yaradılması barədə razılığa gəldiyini söyləyib. F.Qordon bu prosesi dəstəklədiyini deyib: “Biz demişik ki, bu, müstəqil prosesdir və Avropanın digər ölkələrində nə baş verməsindən asılı olmayaraq bu proses irəli getməlidir. Çünki bundan hər iki ölkə faydalanacaq”. Dövlət Departamentinin Qarabağ münaqişəsinin həllində də yaxından iştirak etdiyini bildirən F.Qordon bu iki prosesin uğur qazanacağı təqdirdə regionda tarixi irəliləyiş əldə olunacağını qeyd edib. O, çıxışında Rusiya mövzusuna da toxunub. F.Qordon deyib ki, ABŞ Rusiyanın Avropa üzərində xüsusi təsir dairəsini tanımır, onun qonşuluğunda olan dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Amerikalı diplomatın Türkiyə-Ermənistan anlaşması dedikdə “Yol xəritəsi”ndən bəhs etdiyi aydındır. Bu sənəddə sərhədlərin açılmasının və diplomatik münasibətlərin qurulmasının yer alması haqda xəbərlər yeni olmasa da yüksək səlahiyyətli Amerika diplomatı bu barədə ilk dəfədir danışır. İndiyədək “Yol xəritəsi”nin detallarını nə rəsmi Ankara, nə də İrəvan açıqlayıb. Qeyd edək ki, Azərbaycan və Türkiyə ictimaiyyətlərinin güclü etirazlarından sonra rəsmi Ankara “Yol xəritəsi” anlaşmasının həyata keçirilməsinin Qarabağ münaqişəsinin həllindən asılı olduğunu bildirməli olub. Ermənistan isə Türkiyəni “Yol xəritəsi” anlaşması üzrə üzərinə düşən addımları ləngitməkdə günahlandırır və bu barədə ABŞ rəhbərliyinə şikayətlənir. musavat

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar