SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKAT FƏALI HƏBSXANADA ACLIQ AKSİYASINA BAŞLAYIB

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKAT FƏALI HƏBSXANADA ACLIQ AKSİYASINA BAŞLAYIB

Gunaz.tv
Güney Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə həbs olunmuş ərdəbilli fəal Əli Abbasi zindandakı ağır saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Azərbaycan respublikasına casusluqda günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilən Ə.Abbasinin zindanda ağır psixoloji və fiziki təzyiqlərə məruz qaldığı bildirilir. O, aclığa dörd gün əvvəl başlasa da, bu haqda xəbər ictimaiyyətə bu gün məlum olub. Əvvəllər Ərdəbil zindanının siyasi məhbuslar üçün ayrılmış 7-ci korpusunda olan Ə.Abbasi 6 aydır bir neçə başqa siyasi məhbusla birlikdə karantin rejimində saxlanır. Ə.Abbasi 2007-ci ildən həbsdədir. 38 gün ETTELAAT-ın Ərdəbildəki idarəsinin təcridxanasında saxlandıqdan sonra məhkəmədə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmənin qərarına etiraz bildirən fəalın həbs müddəti sonradan 5 ilə endirilib. O, aclığa dörd gün əvvəl başlasa da, bu haqda xəbər ictimaiyyətə bu gün məlum olub. Əvvəllər Ərdəbil zindanının siyasi məhbuslar üçün ayrılmış 7-ci korpusunda olan Ə.Abbasi 6 aydır bir neçə başqa siyasi məhbusla birlikdə karantin rejimində saxlanır. Ə.Abbasi 2007-ci ildən həbsdədir. 38 gün ETTELAAT-ın Ərdəbildəki idarəsinin təcridxanasında ağır fiziki və ruhi işgəncələrə məruz qoyulduqdan sonra məhkəmədə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmənin qərarına etiraz bildirən fəalın həbs müddəti sonradan 5 ilə endirilib.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar