SON XƏBƏRLƏR

İSA QƏMBƏR: “XALQ CƏBHƏSİ BƏRPA OLUNSUN”

2021.10.20, 07:36
İSA QƏMBƏR: “XALQ CƏBHƏSİ BƏRPA OLUNSUN”

Gunaz.tv
Müsavat bağqanının bu gün QHT-lərlə bağlı toplantıda səsləndirdiyi bu təklif maraqla qarşılanıb Bu gün Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşəbbüsü ilə keçirilən və QHT-lərin taleyi ilə bağlı məsələyə həsr olunan toplantıda Müsavat Partiyasının başqanı İsa Qəmbər maraqlı təkliflə çıxış edib. Azərbaycan Xalq Cəbhəsinin yaradlmasının 20 illik yubileyinin yaxınlaşdığını qeyd edən İsa Qəmbər təklif edib ki, ölkədə yaranmış mövcud situasiyadan ən optimal çıxış yolu Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi və hamının vahid təşkilatda birləşməsidir. Müsavat bağqanının təklifi toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ilə bağlı təfsilatı və digər siyasi qurumların məsələyə münasibətini “Yeni Müsavat”ın sabahkı sayında oxuya bilərsiniz.musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar