SON XƏBƏRLƏR

Obama Qəbələ RLS-dən istifadə məsələsini müzakirə edəcək

2021.10.20, 07:36
Obama Qəbələ RLS-dən istifadə məsələsini müzakirə edəcək

Gunaz.tv
Radardan istifadə məsələsi ABŞ prezidentinin iyulun 6-da Rusiyaya nəzərdə tutulan səfərində həll olunacaq «Biz Rusiya ilə tərəfdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi üzərində işləyirik. Rusiyanın cənubundakı və Azərbaycandakı radarlar İranın yaxınlığında yerləşir və oradan raket hücumu zamanı ilkin xəbərləmə üçün istifadə edilə bilər». «Turan» agentliyinin yaydığı məlumata görə, bunu Amerika Birləşmiş Ştatlar senatında çıxışında Pentaqon rəhbərinin müavini Vilyam Linn deyib. Onun sözlərinə görə, Armavir və Qəbələdə yerləşən radarlardan istifadə Barak Obamanın Moskvaya iyulun 6-8-ə planlaşdırılan səfəri zamanı müzakirə olunacaq. Pentaqon rəsmisi həmçinin qeyd edib ki, ABŞ Çexiya və Polşa ərazisində raket əleyhinə müdafiə sistemlərinin elementlərinin yerləşdirilməsi barədə qəti qərar qəbul etməyib. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar