SON XƏBƏRLƏR

MDQB İrandakı repressiyaları pisləyir

2021.10.20, 07:36
MDQB İrandakı repressiyaları pisləyir

Gunaz.tv
Teyyub Qəni: "Əgər vətəndaş öz səsinin oğurlandığını bəyanlayırsa, bu araşdırılmalı və nəticə ictimaiyyətə açıqlanmalıdır" Dünən Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Bu barədə qəzetimizə məlumat verən Təkamül Partiyasının sədri Teyyub Qənioğlunun sözlərinə görə, toplantıda əvvəlki iclaslarla qəbul edilmiş qərarların icra vəziyyətilə bağlı fikir mübadiləsi aparılıb, ölkədəki ictimai-siyasi vəziyyət müzakirəyə çıxarılıb. İctimai-siyasi vəziyyətin müzakirəsi zamanı İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərinə toxunulub, bu səfərə etiraz edənlərin hərəkətləri tənqid olunub. MDQB bildirir ki, Şimon Peresin səfərinə Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti müsbət yanaşır. İsraillə Azərbaycan arasındakı münasibətlər də normaldır. Səlcuq Beynəlxalq aləmdə İsrail bir sıra hallarda Azərbaycanın mövqeyini dəstəkləyir. Sədrlər Şurası düşünür ki, İsrail prezidentinin ölkəmizə səfəri hər iki dövlət arasındakı münasibətlərin daha da yaxşılaşmasına imkan verəcək. Teyyub Qənioğlu iclasda Azərbaycanda Şimon Peresin gəlişinə etiraz edənlərin mövqeyilə bağlı ciddi müzakirələrin aparıldığını da söylədi: "Bir qrup şəxs, partiya və yaxud QHT rəhbəri Şimon Peresin Azərbaycana gəlməsinə öz etirazlarını bildiriblər. Biz başa düşürük ki, hər kəsin öz fikirini bildirmək hüququ, söz azadlığı var, hər kəs düşüncəsini ifadə etməkdə sərbəstdir. Amma burada məsələ bir az ciddidir. Bir qrup insan yalançı islam təəssübkeşliyindən çıxış edərək İsrail prezidentinin Azərbaycana gəlməyini İslam ölkələrinə qarşı təhqir kimi qələmə verməyə başlayıblar. Əslində bu başa düşüləndir. Çünki bu şəxslər dünyada özünü İslam təəssübkeşi kimi göstərən, əslində isə işğalçı, terrorçu Ermənistanla geniş əməkdaşlıq edən bəzi xarici dövlətlərin mənafelərini dəstəkləyirlər. Amma burada Azərbaycan Respublikasının mənafeyi var. Belə insanların məqsədi sadəcə Şimon Peresin gəlişinə etirazını bildirmək deyil, həm də xarici ölkələrin mənafeyini güdmək, müdafiə etməkdir. Əgər bu insanlar doğrudan da müsəlman təəssükeşliyindən çıxış edirlərsə, onda azərbaycanlıları öz yuvasından didərgin salan, qətlə yetirən, yaralayan, şikəst edən, qadınlarımızın, qızlarımızın başına olmazın oyunlar gətirən cinayətkar bir rejimin prezidenti, bir nömrəli cinayətkar Serj Sərkisyanın İrana dəvət edilməsinə, onun orada qardaş kimi qəbul olunmasına, qucaqlaşmalara niyə göz yumurdular? Onda niyə islam təəssübkeşliyi yada düşmürdü? Niyə bu dindarlar etirazlarını bildirmirdilər ki, siz Azərbaycan xalqının qınını içən bir şəxsi nə səbəbə bu şəkildə qəbul edirsiniz? Onda biz bilərdik ki, bunlar doğurdan da islam təəssübkeşidirlər. Başa düşülərdi ki, onlar həm Serj Sərkisyanın İrana səfərinə etiraz edirlər, həm də Fələstinlə problemləri olan İsrailin prezidenti Şimon Peresin Bakıya səfərilə barışmırlar. Ancaq qeyd etdiyimiz kimi bu baş vermədiyindən ortada başqa mətləblərin olması şübhəsi yaranır. Həmin farspərəst insanlar təəssübkeşlik adı altında əslində anti-Azərbaycan mövqeyindən çıxış edirlər. Azərbaycan dövlətinin əsaslarına qarşı yönəlmiş fəaliyyət həyata keçirirlər. Əlbəttə biz təəssüflənirik ki, dövlət mənafeyini qorumağa borclu olan dövlət strukturları bu cür hərəkətlərin qarşısını almır. Bayaq qeyd etdim ki, hər kəsin sərbəst fikir bildirmək hüququ var, amma bu hüquq dövlətin mənafeyinə toxunursa, xəyanət kimi qiymətləndirilə biləcəksə, bunun vaxtında qarşısı alınmalıdır". Teyyub Qənioğlu Sərdlər Şurasının İranda baş verənlərlə bağlı müzakirələr apardığını da bildirdi: "Təbii ki, biz İranın daxili işlərinə qarışmaqdan uzağıq. Amma hesab edirik ki, istənilən ölkədə insanların seçib-seçilmək hüququna hörmətlə yanaşılmalıdır. Biz də İran hakimiyyətini insanların seçib-seçilmək hüququna hörmətlə yanaşmağa çağırırıq. İran rəhbərliyi seçkinin nəticələrinə etiraz edən insanlara qarşı repressiv yollara əl atılmasına imkan verməməlidir. Əgər vətəndaş öz səsinin oğurlandığını bəyanlayırsa, bu araşdırılmalı, araşdırmaların nəticəsi isə ictimaiyyətə açıqlanmalıdır. Eyni zamanda səsləri yenidən saymaq olar. Biz insanların etirazının qarşısının gülləbəran yoluyla alınmasını pisləyirik və ümid edirik ki, İran hakimiyyəti vətəndaşların hüquqlarına hörmətlə yanaşacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar