SON XƏBƏRLƏR

ABŞ İranın ittihamlarına cavab verdi

2021.10.20, 07:36
ABŞ İranın ittihamlarına cavab verdi

Gunaz.tv
Barak Obama iranlıların dinc nümayiş hüququnu dəstəkləməyə davam edəcək ABŞ İrandakı prezident seçkisinə müdaxilə etməsi və İranın daxili işlərinə qarışması ilə bağlı ittihamlara cavab verib. CNN Türk-ün məlumatına görə, ABŞ Xarici İşlər Nazirliyi və Ağ ev vasitəsilə verdiyi iki şərhlə Tehranın ittihamlarını rədd edib. Ancaq Ağ evin verdiyi şərhdə prezident Barak Obamanın iranlıların dinc nümayiş hüququnu dəstəkləməyə davam edəcəyi qeyd edilib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü P. J. Crowley Vaşinqtonun, Tehranın daxili işlərinə qarışmadığını söyləyib və ABŞ-ı İranda təmsil edən İsveçrə səfirinin İran Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib. Ağ ev tərəfindən edilən şərhdə də Obamanın, İranın daxili işlərinə "qarışmadan" iranlıların seçkinin nəticəsini dinc şəkildə etiraz haqqını dəstəkləməyə davam edəcəyi bildirilib. Xatırladaq ki, İran hakimiyyəti ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirliyinə Birləşmiş Ştatların Tehranın daxili işlərinə qarışmasına öz etirazını bildirib. İran hakimiyyəti Vaşinqtonu ölkədə baş verən qarşıdurmalara təhrikdə ittiham edib. İranla ABŞ arasında diplomatik münasibətlər 1979-cu ildə İranda İslam inqilabının qələbəsindən sonra pozulub./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar