Günaz TV "Jerusalem Post"un "Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin" başlıqlı məqaləsinin tərcüməsini təqdim edir.
İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
Britaniyada iki iranlı casusluqda təqsirli bilindi
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
İranın 11 əyalətində qaz kəsintiləri olacaq
Pezeşkian və Ərdoğan görüşdü
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Günaz TV "Jerusalem Post"un "Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin" başlıqlı məqaləsinin tərcüməsini təqdim edir.
İran, xüsusən də Kürdüstan, Abdanan, İlam, Kirmaşan və Loristanda yenidən başlayan ümumxalq etirazları fonunda mümkün süquta yaxınlaşdıqca, beynəlxalq müzakirələr ölkə lideri Əli Xameneinin yerini kimin tuta biləcəyinə yönəlir.
Qərb gücləri - xüsusən də ABŞ və Avropa - Səddamdan sonrakı İraq və ya müharibədən sonrakı Əfqanıstanı xatırladan bir güc boşluğundan qorxurlar. Ancaq xaosun qarşısını almaq üçün tələsik hərəkət edən bəzi beyin mərkəzləri və əsas media orqanları başqa bir uğursuz modeli - artıq repressiv olduğunu sübut edən və yeni bir ad altında formalaşdırılmağa çalışılan mərkəzləşdirilmiş, fars mərkəzli dövlət quruluşunu dəstəkləmək riski ilə üz-üzədirlər .
1979-cu ildən bəri İran fars-şiə ideoloji sistemi vasitəsilə idarə olunur. Ancaq sərhədləri daxilində qeyri-fars millətlərin marjinallaşdırılması İslam Respublikasından əvvələ təsadüf edir. 1935-ci ildə "Persia" adının "İran" olaraq dəyişdirilməsi kosmetik dəyişiklikdən daha artıq bir şey idi - bu, yalançı, homogenləşdirilmiş milli kimliyin təsdiq edilməsi idi. Bu dəyişiklik ölkənin çoxmillətli reallığını birlik illüziyası adı altında silməyə yönəlmiş müasir imperiya strategiyasının başlanğıcı idi. Bu dəyişiklik, milli, etnik və dini qrupların mədəni və siyasi hüquqlarını inkar edən və uzun müddətdir davam edən basqı, edam və məcburi assimilyasiya siyasətini başlatdı.
Pəhləvi monarxiyasından hazırkı teokratiyaya qədər farslar hakimiyyəti, gücü, iqtisasdiyyatı öz əllərinə keçirərək ana dili haqqları və siyasi muxtariyyət istəyən etnik azlıqları sıxışdırırdılar. Fars dili yeganə rəsmi dil kimi qəbul edildi. Kürdlər, bəluclar, azərbaycanlılar, ərəblər, türkmənlər, qaşqaylar, ermənilər, giləklər, təbərilər və talışlar da daxil olmaqla milli və etnik qruplar, eləcə də xristianlar, yəhudilər və bəhailər kimi dini azlıqlar idarəetmədən kənarlaşdırıldı, təqiblərə uğradı. İslam Respublikası Pəhləvi şovinizmindən imtina etmədi, əksinə onu təkmilləşdirdi. Mövcud rejim Rza xan şahın və oğlu Məhəmməd Rza Pəhləvinin etno-millətçi siyasətini genişləndirdi və hətta inkişaf etdirdi.
QƏRB İranı "Persia"nın sinonimi kimi görməyə davam edə bilməz
İran, hər birinin öz dili, mədəniyyəti və siyasi iradəsi olan bir çox millət və etnik qrupdan ibarət bir dövlətdir. Buna baxmayaraq, Qərb siyasətçiləri - İran diasporasının böyük bir hissəsi ilə birlikdə - fars mərkəzli bir baxış bucağından hərəkət edirlər. Sürgündəki elitalar tez-tez xaricdə özlərini "fars" kimi təqdim edirlər, ancaq kürd və ya bəluc hüquqları ilə bağlı suallarla qarşılaşdıqda "Hamımız iranlıyıq" şüarını səsləndirirlər. Bu, birliyə çağırış deyil; bu, onilliklər boyu davam edən dominantlığı və mədəni inkarı gizlədən ritorik bir hiylədir.
Rza Pəhləvi İrana rəhbərlik etmək üçün kifayətsizdirmi?
Rza Pəhləvi vasitəsilə monarxiyanın bərpası təklifləri həll yolu deyil; bu uğursuzluğa qayıdışdır. 2022-2023-cü illərdəki qadın, həyat, azadlıq üsyanı zamanı Pəhləvi, xüsusən də qeyri-fars qrupları arasında liderlik edə və ya ilham verici ola bilmədi. ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun Pəhləvinin tərəfdarları ilə İslam İnqilabı Keşikçiləri Korpusu arasındakı əlaqələri açıq şəkildə vurğulaması onun nüfuzuna daha da xələl gətirdi. Hətta ən pik dövründə belə, "vəkalət verirəm" kampaniyası güclə 400.000 imzadan oyana keçə bildi.
Pəhləvi birləşdirici yox, ayırıcı fiqurdur. O, artıq istifadə edilmiş bir fiqurdur, İranın gələcəyi üçün əhəmiyyətsizdir və İranı idarə etmək üçün yetərincə bacarıq və biliyə sahib deyil.
İslam Respublikasından sonrakı dövr yeni ad altında fars mərkəzçi bir yanaşma ilə ola bilməz. Bu onilliklər boyudur iğtişaşlara yola açan sistemlərin davamı demək olacaq. Sabitlik ölü keçmişi diriltməklə əldə edilməyəcək. Sabitlik mərkəzsizləşdirmə və inklüzivliyə əsaslanan bir çərçivədən irəli gəlməlidir, İran xalqlarının öz müqəddəratını təyin etmək hüquqlarını - tələb olunduğu hallarda ərazi muxtariyyəti və ya müstəqilliyi də daxil olmaqla - tanımalıdır. Bu hüquqlar İslam Respublikasından sonrakı yol xəritəsinin və nizamının bir hissəsi olmalıdır.
Milli birlik illüziyası İranın gələcəyinə zərbə vurub. Kürd, bəluc, əhvaz ərəbləri və digər hərəkatlar uzun müddətdir ki, yerli idarəetmə, mədəni hüquqlar və beynəlxalq əlaqələrə əsaslanan demokratik həll yollarını müdafiə edirlər. Onların səsləri məcburi "sabitlik" adı altında bir daha gözardı edilməməlidir.
Beynəlxalq ictimaiyyət fundamental bir reallığı başa düşməlidir: İran millət-dövlət deyil. Bu, bir çox millət və etnik qrupların dövlətidir - millətlər dövlətidir. İndi ehtiyac duyulan şey monarxiyanın bərpası deyil, ölkədəki müxtəlifliyin tanınmasıdır. Qərb bir diktaturanı digəri ilə dəyişdirməməli və ədaləti yuxarıdan aşağıya nəzarət prinsipinə qurban verməməlidir. Sabitliyə Britaniya tərəfindən tətbiq edilən, uğursuz, farsların dominantlıq etdiyi bir sistemi dirçəltməklə nail olunmayacaq.
Güclü millətçi hərəkatlara baxmayaraq, qeyri-fars xalqlarına tarixən öz müqəddəratını təyin etmək üçün heç bir imkan verilməmişdi, çünki Britaniya 9 avqust 1919-cu il tarixli İngiltərə-Persia müqaviləsinə əsasən torpaq, gömrük və neft ehtiyatları üzərində nəzarəti təmin etmək üçün Persianın - sonrakı İranın - ərazi bütövlüyünü üstün tutmuşdu. Bu məcburi birlik mirası bu günümüzü də narahat etməyə davam edir.
Həqiqətən inklüziv post-rejim vizyonunu dəstəkləmək üçün vahid Fars İranı mifindən imtina etmək və öz müqəddəratını təyinetmə, ədalət və ölkənin çoxmillətli reallığını qəbul etmək lazımdır. Yalnız bundan sonra gələcək hər hansı bir hökumət öz xalqları arasında legitimlik qazana bilər.
Yaxın Şərq, mövcud reallıqları nəzərə almayan məcburi həlləri rədd edərək geriyə yox, irəliyə doğru hərəkət etməlidir.
- Cəfər Cəfərli
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
Pezeşkian və Ərdoğan görüşdü
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya