SON XƏBƏRLƏR

Təbrizdə SEPAH-ın bir komandiri öldürüldü

2026.03.23, 22:24
Təbrizdə SEPAH-ın bir komandiri öldürüldü

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Təbrizdə həyata keçirilən hədəfli hücum nəticəsində SEPAH-ın bir komandiri ailə üzvləri ilə birlikdə öldürülüb.

Məlumata əsasən, 23 mart səhər saatlarında şəhərin Nəsr qəsəbəsində (Mərzdaran bölgəsi) yerləşən İpək qülləsinin onuncu mərtəbəsinə raket zərbəsi endirilib. Nəticədə SEPAH-ın şimal-qərb üzrə 19-cu “Zülfəqar” raket briqadasının komandiri Həmid Mirzazadə həyat yoldaşı və iki övladı ilə birlikdə həlak olub.

Bildirilir ki, hücum zamanı ailədən yalnız bir uşaqı sağ qalıb və hazırda xəstəxanada müalicə olunur.

SEPAH-a yaxın bəzi mənbələr də hadisəni təsdiqləyib.

Mirzazadə İranın şimal-qərbində raket proqramı ilə əlaqəli əsas fiqurlardan biri kimi təqdim olunurdu.

Hadisə ölkə daxilində artan gərginlik və hədəfli hücumlar fonunda baş verib. Hücumun detalları barədə əlavə məlumat verilməyib.

 

Gunaz TV
R.G
 

Təbrizdə partlayışlar olub- Dövlət məmuru öldürülüb

2026.03.23, 11:39

Təbrizdə partlayışlar olub- Dövlət məmuru öldürülüb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar