SON XƏBƏRLƏR

Pakistan müdafiə naziri geri çəkildi; anti-İsrail paylaşımı qalmaqal yaratdı

2026.04.11, 16:06
Pakistan müdafiə naziri geri çəkildi; anti-İsrail paylaşımı qalmaqal yaratdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Pakistanın müdafiə naziri “Khawaja Muhammad Asif” İsrail əleyhinə sərt ifadələr işlət­diyi paylaşımına görə diplomatik təzyiqlər fonunda geri çəkilərək həmin postu X platformasından silib.

Nazir paylaşımında İsraili “soyqırım”da ittiham etmiş, İsrail rəsmilərinin “təhrikedici və təhqiredici” adlandırdığı ifadələr işlətmişdi. Bu açıqlamalar rəsmi əlaqələr olmasa da, İsrail tərəfindən birbaşa və sərt reaksiyaya səbəb olub.

Benjamin Netanyahu ofisi bu sözləri “qəbuledilməz” adlandıraraq İsrailin mövcudluğunun sual altına alındığını bildirib. Xarici işlər naziri Gideon Sa’ar və digər rəsmilər də istifadə olunan bəzi ifadələrin “qırmızı xətləri keçdiyini” vurğulayıb.

Bu qalmaqal Pakistanın ABŞ ilə İran arasında vasitəçi kimi çıxış etməyə çalışdığı həssas bir dövrdə baş verib və İslamabadın “bitərəf” görüntüsünü ciddi şəkildə zədələyib.

Məlumata görə, paylaşım izahsız şəkildə silinsə də, eyni məzmunun Facebook-da qalması hakimiyyət daxilində təzyiq ehtimalını gücləndirib.


Günaz TV
R.G

“Xərçəng” sözü böhran yaratdı | Pakistan niyə belə danışdı?

2026.04.10, 08:30

“Xərçəng” sözü böhran yaratdı | Pakistan niyə belə danışdı?

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar