SON XƏBƏRLƏR

MAQATE: İranın nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını təsdiqləyə bilmirik

2026.11.13, 18:35
MAQATE: İranın nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını təsdiqləyə bilmirik

Gunaz.tv

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramı ilə bağlı yeni məxfi hesabatında İsfahandakı yeraltı uran zənginləşdirmə müəssisəsi ilə bağlı narahatlıqların artdığını bildirib. Agentlik indiyədək bu obyektə baxış keçirmək üçün icazə ala bilmədiyini açıqlayıb.

Reuters və AFP-nin məlumatına görə, BAEA İranın əməkdaşlıq etməməsi və müfəttişlərin obyektlərə çıxış imkanlarının məhdud olması səbəbindən bəyan edilmiş nüvə materiallarının dinc məqsədlərdən kənar istifadə edilmədiyini təsdiqləyə bilmədiyini vurğulayıb.

Agentlik yoxlamaların dərhal bərpa olunmasını tələb edib. Nüvə materiallarının yeri və hazırkı vəziyyəti barədə məlumatın olmamasının nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq doğurduğunu bildirib.

Hesabatda, həmçinin İranın 60 faizədək zənginləşdirilmiş təxminən 440 kiloqram uran ehtiyatının hərbi zərbələrdən sonra harada olduğu və vəziyyətinin necə qaldığı barədə məlumatın olmadığı qeyd edilib.

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar