SON XƏBƏRLƏR

AKP-nin yanlış addımları Azərbaycanda ciddi narazılıq doğurur

2021.10.20, 07:36
AKP-nin yanlış addımları Azərbaycanda ciddi narazılıq doğurur

Gunaz.tv
AKP-nin yanlış addımları Azərbaycanda ciddi narazılıq doğurur Akif Nağı: "Bu iqtidarın işğalçı Ermənistanla münasibətləri yaxşılaşdırmaq siyasəti normal qarşılana bilməz" AKP iqtidarının Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar Azərbaycanda birmənalı qarşılanmır. Türkiyə hökumətinin atdığı addımların məntiqi nəticəsi olaraq qardaş ölkə ilə münasibətlərimizdə müəyyən gərginliklərin yarandığını da söyləmək mümkündür. Türkiyənin Ermənistanla sərhədləri açmaq istiqamətində ciddi adddımlar atması, "Azadlıq" radiosunun Ermənistan bölməsinin Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması üçün Qarabağ şərtindən imtina etməsi barədə yaydığı məlumat narahatçılığı daha da artırıb. Səlcuq Maraqlısı isə odur ki, AKP iqtidarı hələ də bu məsələlərlə bağlı konkret mövqe ortaya qoymaq niyyətində deyil. Doğrudur, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamalarda Azərbaycanın maraqlarına zidd addımlar atılmayacağını bəyanlayıb. Ancaq bu bəyanatların səmimiliyi də ciddi şübhələr yaradır. O səbəbdən ki, səslənən bəyanatlarla əməli fəaliyyət üst-üstə düşmür. Əksinə, Azərbaycanın mövqeyinə zərbə vuracaq addımlar atmayacağını bildirən Türkiyə hökuməti bununla Ermənistanla sərhədlərin açılacağı qənatini formalaşdırır. Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonrakı taleyilə bağlı ciddi narahatlıqlar var və bir çox ekspertlər bu münasibətlərin yaxın zamanlarda istiləşməyəcəyi qənaətindədir. Ekspertlərin fikrincə, son zamanlarda baş verən hadisələrin nəticəsi olaraq Türkiyə Azərbaycan müstəqillik əldə edəndən bəri, 16 il ərzində qazandığı nüfuzuna ciddi zərbə vurub. Türkiyənin Ermənistanla sərhədləri açacağı halda Azərbaycan ictimaiyyətinin bu məsələni kəskin etirazla qarşılaması başa düşüləndir. Çünki bu addım Azərbaycanın maraqlarına ciddi zərbə sayılmalıdır. Onu da qeyd edək ki, son bir neçə gündə hətta xarici mətbu orqanlar da Türkiyənin Ermənistanla sərhədləri açmaq ərəfəsində olduğunu yazıb. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı düşünür ki, qardaş ölkənin düşmən dövlətlə sərhədləri açması ciddi mənfi nəticələrə səbəb ola bilər: "Doğrudur, son zamanlar sərhədlərin açılacağı ilə bağlı müəyyən informasiyalar almaqdayıq. Ancaq şəxsən mən inanmıram ki, Türkiyə buna getsin və belə bir addım atsın. Əgər bu addım atılarsa təbii ki, Azərbaycanda AKP iqtidarının yanlış addımı ilə bağlı ciddi etirazlar olacağı gözlənilir. AKP iqtidarının Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün Azərbaycanı itirimək siyasəti normal qarşılana bilməz və ciddi etirazların olmasını gözləmək mümkündür. Ən təhlükəli məqam isə AKP iqtidarının yanlış siyasəti nəticəsində ölkə əhalisində, ümumilikdə Türkiyəyə qarşı mənfi rəyin formalaşacağı təhlükəsidir. Bütün bunları AKP iqtidarı da nəzərə almalı və buna uyğun addımlar atılmalıdır".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar