SON XƏBƏRLƏR

Fars şovinistlərinin Novruz hədiyyəsi

2021.10.20, 07:36
Fars şovinistlərinin Novruz hədiyyəsi

Gunaz.tv
Fars şovinistlərinin Novruz hədiyyəsi Güney Azərbaycan Milli Hərəkatının bir neçə fəalı Novruz Bayramı günlərində həbs olunub. “Ettelaat” əməkdaşları vətəndaşlara Azərbaycan türkcəsində təbrik açıqcaları yayan marağalı fəallar - İsfahanın Malik-i Əştər Universitetinin tələbəsi Mehran Rastgar və Tehranın Pəyam-i Nur Universitetinin tələbəsi Firuz Yusifini həbs edib. GAIP XEBER Mərkəzi “Mediaforum”a istinadən yaydığı məlumata görə, Hər iki fəal mülk girovu müqabilində azadlığa buraxılıb. Bundan əlavə, martın 21-də Culfanın hüquq-mühafizə qüvvələrinin əməkdaşları azərbaycanlı fəallar Babək Kəyumərsi və Yılmaz Mehrəli Bəylini həbs edib. Polis qüvvələri Mehrəli Bəylinin evində saxlanılan Azərbaycan türkcəsindəki kitabları özlərilə aparıblar. Culfalı fəalların iltizam alınaraq müvəqqəti azadlığa buraxıldığı vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar