SON XƏBƏRLƏR

Müəmmər Qəddafi : Mən müsəlmanların imamıyam

2021.10.20, 07:36
Müəmmər Qəddafi : Mən müsəlmanların imamıyam

Gunaz.tv
“Mən müsəlmanların imamıyam” Özünü ərəb dünyasının lideri adlandıran Müəmmər Qəddafi qalmaqal yaratdı Liviya lideri Müəmmər Qəddafi Ərəb Liqasının Qətərin paytaxtı Dohada başlayan konfransında qalmaqal yaradıb. konfransın işində cəmi 5 dəqiqə iştirak edən Qəddafi sonra iclası tərk edib. Ərəb Liqasının 21-ci zirvə toplantısına qatılmaq üçün Dohaya səfər edən Liviya lideri konfransın açılışına digər ölkə liderlərindən gec qatılıb. Qəddafi Liqanın baş katibi Əmir Musanın giriş nitqi zamanı söz verilmədən yerindən danışmağa başlayıb və özünü ərəblərin lideri elan edib: “Mən ərəb dünyasının lideriyəm. Mən müsəlmanların imamıyam”. Qətər əmiri Şeyx Həmid bin əl-Tani müdaxilə edərək Liviya prezidentinin susmasını istəyib. Buna cavab olaraq Qəddafi “Qonaqpərvərliyiniz üçün təşəkkür edirəm” deyərək, salondan çıxıb. Qəddafi iclası tərk edərək bir neçə ay öncə açılan İslam Əsərləri Muzeyini ziyarətə gedib. Onun Ərəb Liqasının bundan sonrakı iclaslarına qatılıb-qatılmayacağı bəlli deyil. Liviya liderinin salonu tərk etməsi digər liderlərin çaşqınlığına səbəb olub. Qəddafi zirvə öncəsi ümumi foto çəkdirməkdən də imtina edib. Bundan əlavə, Qəddafi Səudiyyə Ərəbistanı kralı Abdullanı da təhqir edərək onu “ingilis məhsulu və Amerikanın müttəfiqi” adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar