SON XƏBƏRLƏR

Molla rejimi məktəblilərə keçib

2021.10.20, 07:36
Molla rejimi məktəblilərə keçib

Gunaz.tv
Molla rejimi məktəblilərə keçib Azərbaycanlı məktəbli İbrahim Nuri Əhər şəhəri İslam İnqilab Məhkəməsinə çağrılıb. Məhkəməeine yolladığı çağırış vərəqəsində onun atası Həmdulla Nuridən oğlunu 20 gün ərzində həmin məhkəməyə təhvil verməsi tələb edilib. Məhkəmə xəbərdarlıq edib ki, İbrahım Nuri məhkəməyə gətirilməzsə, onun bir müddət öncə zaminə buraxılması üçün girov qoyulmuş maddi vəsait dövlətin xeyrinə müsadirə ediləcək. Çağırış vərəqəsində qeyd edildiyinə görə, İbrahım Nuri "İslam dövlətçiliyinə əks-təbliğat" maddəsi üzrə ittiham olunur. Ötən il İbrahım Nuri Azərbaycan türkcəsində təhsil almaq istədiyini dilə gətirdiyinə görə oxuduğu Əhərdə yerləşən Şəhid Müddərris adına orta Məktəbindən qovulub. Bunun ardınca o, dəfələrlə "Ettelaat"ın Əhərdəki yerli idarəsinə aparılaraq müxtəlif təhdidlərə, fiziki və psikoloji təzyiqlərə məruz qalıb. "Ettelaat" bununla kifayətlənməyərək, orta məktəb şagirdinə qarşı cinayət işi açıb və onun cəzalandırılması tələbi ilə İnqilab Məhkəməsinə müraciət edib. Xatırladaq ki, bir qədər əvvəl təbrizli orta məktəb şagirdi, Məhəmmədrza Əvəzpur da oxşar ittihamlarla məktəbdən qovulmuş və həbs olunmuşdu. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbs olunduğu zaman 15 yaşı yenicə tamam olmuş azərbaycanlı yeniyetmə "Ettelaat"ın Təbrizdəki qapalı istintaq təcridxanasına aparılıb, orada müxtəlif işgəncələrə məruz qalmışdı. Zaminə buraxıldıqdan bir müddət sonra isə Təbrizin İslam İnqilabı Məhkəməsi Məhəmmədrzanı 15 ay müddətinə azadlıqdan məhrum edib. Humay

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar