SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əyalətinin Cinayət Məhkəməsi azərbaycanlı türk fəal Əli Əmanzadəni bir il həbs cəzasına məhkum edib

2026.06.27, 11:20
Şərqi Azərbaycan əyalətinin Cinayət Məhkəməsi azərbaycanlı türk fəal Əli Əmanzadəni bir il həbs cəzasına məhkum edib

Məhkəmə Əli Əmanzadəni "insanları bir-birinə qarşı müharibəyə və qırğına təhrik etmək" ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edib.

Gunaz.tv

Qərarda bildirilib ki, məhkəmə Şərqi Azərbaycan Baş Kəşfiyyat İdarəsinin hesabatına, təqsirləndirilən şəxsin ifadələrinə və iş materiallarına əsaslanaraq, ittiham aktında yer alan "rejim əleyhinə təbliğat aparmaq" ittihamını "insanları müharibəyə və qırğına təhrik etmək" maddəsi ilə əvəz edib və onu İranın İslam Cinayət Məcəlləsinin 512-ci maddəsinə əsasən bir il həbs cəzasına məhkum edib.

Məhkəmənin qərarında qeyd olunub ki, sözügedən ittiham təqsirləndirilən şəxsin çoxsaylı ünvanlara göndərdiyi SMS mesajları ilə əlaqədardır. Əli Əmanzadənin mesajların səhvən göndərildiyi barədə müdafiə arqumenti isə məhkəmə tərəfindən qəbul edilməyib.

İşin digər hissəsində isə məhkəmə "ölkənin milli təhlükəsizliyi əleyhinə cinayət törətmək məqsədilə əlbir olmaq və sövdələşmək" ittihamı üzrə kifayət qədər sübut olmadığını əsas gətirərək, təqsirsizlik prezumpsiyasına uyğun olaraq Əli Əmanzadəyə həmin ittiham üzrə bəraət verib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar