Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir
Zakir Həsənov: Azərbaycan Silahlı Qüvvələrinin qələbələri ordu quruculuğunda islahatların bariz nümunəsidir
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
İranda daha iki etirazçı edam edildi
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır - London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
ABŞ prezidenti Barak Obama səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk sərt geosiyasi bəyənatla çıxış edərək deyib ki, İran hələ də Amerika üçün “fövqəladə təhlükə” təşkil edir. Obama İrana qarşı 1995-ci ildə Klinton administrasiyası tərəfindən tətbiq edilmiş sərt iqtisadi sanksiyaların müddətini daha bir il uzadaraq deyib ki, ABŞ-ın milli təhlükəsizlyinə hədələr aradan qalxmayınca bu sanksiyalar davam edəcək. Eyni zamanda Obama Amerikanın dünyada bir nömrəli hərbi güc kimi qalacağını da bəyan edib. Onun sözlərinə görə, Amerika dünya tarixində ən güclü silahlı qüvvələrə malik olacaq: “Biz silahlı qüvvələrimizin texnoloji üstünlüyünü təmin etmək, istənilən düşmənə qalib gələ bilmək və öz maraqlarımızı müdafiə edə bilmək üçün nə lazımsa edəcəyik”. Bu bəyanat Vaşinqtonda İrana dair siyasətin hələ formalaşmadığını göstərən növbəti əlamətdir. Belə ki, İranla dialoqa hazır olduğunu dəfələrlə ifadə edən prezident Obama Tehrana qarşı hərbi variantın da masa üzərində olduğunu deyib. Eyni zamanda o bildirib ki, dialoq üçün İran daşı ətəyindən tökməli və beynəlxalq ictimaiyyətin nüvə məsələsinə dair çağırışlarını eşitməlidir. O biri tərəfdən Pentaqon, kəşfiyyyat qurumları və Ağ Ev arasında da İrana dair siyasətin necə olacağı haqda ortaq mövqe formalaşmayıb. Məsələn, bu günlərdə silahlı qüvvələrin baş qərargah rəisləri komitəsinin rəhbəri admiral Maykl Müllen bəyan edib ki, İran nüvə başlığı hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Ancaq elə həmin gün müdafiə naziri Robert Geyts bu qənaəti bölüşmədiyini deyib. Ardınca Milli Kəşfiyyat Şurasının yeni diektoru Denis Bleyr bildirib ki, kəşfiyyat İranın nüvə başlığı hazırlamaq imkanına malik olduğuna şübhə edir. O biri tərəfdən Ağ Ev güclü yəhudi lobbisinin təzyiqləri altındadır. İsrail İranın bu ilin sonunadək nüvə başlığı əldə edə biləcəyi haqda kəşfiyyat məlumatlarına istinad edir və təkbaşına hərbi zərbələr endirmək variantını nəzərdən keçirir. İrana və ya digər mühüm beynəlxalq məsələlərə dair Ağ Ev administrasiyası daxilində fikir ayrılıqlarının olması yeni deyil. Bundan əvvəl Buş administrasiyası daxilində də bu cür fikir ayrılıqları yaşanıb. Məsələn, vitse-prezident Dik Çeyni İranın vurulmasının qatı tərəfdarı kimi çıxış etsə də, generallar və kəşfiyyat onu fikrindən daşındıra bilmişdi. Belə görünür ki, Obama administrasiyası təzə formalaşsa da, bu cür qeyri-müəyyənlik davam edəcək. ABŞ İranı nüvə proqramlarından çəkindirə bilmək üçün qarşıdakı aylarda müxtəlif variantları tətbiq edəcək. Ancaq əsas üstünlük diplomatiyaya veriləcək və paralel olaraq Tehrana qarşı sanksiyaları gücləndirmək səyləri göstəriləcək. Bununla belə, sərt xətt tərəfdarlarının da boş dayanmayacağını demək olar. İstənilən administrasiyanın daxilində belələri olub və indi də var. Sərt xətt tərəfdarları hesab edirlər ki, İranla yumşaq dillə danışmaq olmaz və ABŞ öz gücünü göstərməlidir. Güc nümayişi təkcə İranın nüvə obyektlərinə nəzərdə tutulan hava zərbələrinin endirilməsini deyil, ABŞ-ın belə zərbələr endirməkdə qətiyyətli olduğunu göstərməklə də edilə bilər. Məsələn, keçmişdə Buş administrasiyası Fars körfəzinə özünün iri hərbi birləşmələrini göndərməklə İrana qarşı güc tətbiqi variantının hər an işə düşə biləcəyini nümayiş etdirirdi. Lakin prezident Obama İranı ABŞ üçün “bir nömrəli təhlükə” elan etsə də, qətiyyətli addımlar atmağa hazır görünmür. İndi onun diqqəti Əfqanıstanda “Taliban”ın koalisiya qüvvələrini sıxışdırmasının qarşısını almağa və İraqdan çəkilməyə yönəlib. Ancaq Vaşinqtonda nəzərə alırlar ki, İrana dair qətiyyətiz davranış Tehran üçün öz məqsədinə çatmaq baxımından əla fürsət yarada bilər. Bir çox tanınmış ekspertlər hesab edirlər ki, İran diplomatiyadan vaxtı uzatmaq, danışıqlar aparıb sonda heç nəyə razılıq verməmək baxımından məharətlə istifadə edə bilir. Ona görə də bir il sonra Obamanın administrasiyası nüvə silahına malik İranla üzbəüz qalsa və aldadılmış vəziyyətdə görünsə bu, təəcüblü olmayacaq. Amerikanın aparıcı beyin mərkəzləri belə perspektivi nəzərə alaraq Obama administrasiyasına məsləhət görürlər ki, İrana dair siyasətin nədən ibarət olduğu aydın nümayiş etdirilməlidir. Ziddiyətli siqnallar göndərmək ABŞ-ın mövqelərinin zəif olduğu haqda təəssürat yaradır və belə görünür ki, Obama son sərt bəyanatını verərkən bu məsləhətləri nəzərə alıb. Fərhad Məmmədov musavat
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi