Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir
Zakir Həsənov: Azərbaycan Silahlı Qüvvələrinin qələbələri ordu quruculuğunda islahatların bariz nümunəsidir
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
İranda daha iki etirazçı edam edildi
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır - London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
Könül ŞAMİLQIZI [email protected]/* */ Türkiyə mövzusu Azərbaycanın gündəmində heç zaman olmadığı qədər aktuallıq qazanıb. Hansı qəzeti açsan, AKP-nin Azərbaycana xəyanət etdiyinə dair başlıq gözə çarpır, rəyi soruşulan politoloqların əksəriyyəti Türkiyəni yamanlayır, bəzi siyasətçilər Ərdoğan iqtidarının Qarabağı satdığını iddia edir. Ankaranın ünvanına ittiham dərəcəsinə çatan tənqidlər səslənir, hansısa Türkiyə universitetinin erməni dili fakültəsi açmaq niyyəti, hansısa serialın Ermənistanda da çəkilməsi xəbəri, hansısa Türkiyə televiziyasının erməni dilində kanal açacağı şayiəsi xüsusi qəzəb vurğusuyla qabardılaraq təqdim olunur. Səbəb bəllidir - Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq istiqamətində addımlar atır və bu çərçivədə İrəvanla diplomatik münasibətlərin qurulmasıyla quru sərhədlərinin açılması ehtimalı güclənir. Türkiyənin Ermənistanla danışıqlarda Qarabağ şərtindən vaz keçməsi kimi dəyərləndirilən bu məsələ Azərbaycanda ciddi bir anti-Türkiyə havası yaradıb. Tənqid və ittihamların əsas hədəfi Ərdoğan hökuməti olsa da, bu prosesin cəmiyyətdə əksi “Türkiyə Azərbaycanı satıb” şəklindədir. Türkiyə Azərbaycanı satıbmı? Və ya satarmı? Mənimçün bu sualın cavabı birmənalıdır - satmaz. Bu, Türkiyənin Ermənistanla sərhədləri açacağına və diplomatik münasibətlər quracağına inanmıram demək deyil, Ankaranın İrəvanla ehtimal olunan razılaşmasının Azərbaycana xəyanət olmadığını düşünmürəm deməkdi. Şübhəsiz ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədin açılması heç bir Azərbaycan vətəndaşını məmnun edə bilməz, tam tərsinə, üzər. Amma bu, Türkiyəni suçlamamız, Azərbaycanın dünyadakı yeganə dəstəkçisi olan bir ölkədən “düşmən, xəyanətkar” düzəltməmiz üçün əsas olmamalıdır. Müsəlman dünyasının yeganə demokratik ölkəsi olaraq Türkiyə bu coğrafiyada və dünyada bizim düşündüyümüzdən çox-çox böyük məsuliyyətlər, öhdəliklər daşıyan, problemləri və həllini gözləyən məsələləri olan dövlətdir. Bu dövlət məhz Azərbaycanın maraqlarını nəzərə alaraq illərdir Ermənistana münasibətdə rəsmi Bakı və Azərbaycan cəmiyyətilə eyni mövqe sərgiləyir. ABŞ-la müttəfiqlik münasibətlərini qorumağa çalışan, Avropa Birliyinə can atan, dünyadakı yerini gücləndirməyə və nüfuzunu artırmağa çalışan bir ölkə olmasına rəğmən Türkiyə Ermənistanla münasibətlər məsələsinə heç bir zaman öz marağı müstəvisindən yanaşmayıb. Son dövrlərdə bu ölkədə Ermənistanla münasibətləri normallaşdırmaq, küsülü qalaraq deyil, danışaraq problemləri çözməyə çalışmaq meyillərinin artması da hansısa iqtisadi, ticari maraqlardan, bəzən bəsit şəkildə ifadə edildiyi kimi, Ərdoğan hökumətinin ermənipərəstliyindən, erməni sevgisindən deyil, dünyadakı təzyiqlərdən yayınmaq, mövcud olduğu regiondakı problemlərin həllində rol oynama gücünü nümayiş etdirmək və bu çərçivədə həm də Qarabağ probleminin həllində aktiv şəkildə iştirak etmək niyyətindən - yəni maraqdan daha çox məcburiyyətdən qaynaqlanır. Ankara bu siyasəti kimsədən gizli, oğurluq şəkildə həyata keçirmir, əksinə, çox açıq dillə ifadə edərək və rəsmi Bakı ilə uzlaşdırılaraq yürüdür. Azərbaycan və Türkiyə rəsmiləri bunu qapalı və ya açıq şəkildə dəfələrlə ifadə ediblər, indi də rəsmi Bakı Türkiyə ilə məlumat mübadiləsi apardığını inkar etmir. Əgər Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması reallaşarsa, bu məhz həmin uzlaşdırılmış siyasətin nəticəsi olacaq. Yox, sərhədlər açılmayacaqsa, bu, yenə də Azərbaycan dövləti və cəmiyyətinin rəyinin Türkiyədə nəzərə alınması demək olacaq ki, hər iki halda məsələnin “Türkiyə bizə xəyanət edir” şəklində təqdimatı yanlışdır. Bu məsələ Azərbaycan üçün olduğu qədər Türkiyə üçün də qəliz və ağrılıdır. Belə olmasaydı, Türkiyə Ermənistanla sərhədləri illər öncədən açardı və rəsmi Ankara da Azərbaycana çox rahat şəkildə “Siz öz probleminizin həlli istiqamətində hansı önəmli addımı atdınız, yaxud Ermənistanla hansı görüş, danışıq təklifindən imtina etdiniz ki, bizə də minnət qoyursunuz?” deyərdi. Hətta biz Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma istiqamətindəki səylərini məcburiyyətin deyil, maraqların nəticəsi olaraq qəbul etsək də, Ankaranı suçlamadan öncə Azərbaycanın son illərdəki Türkiyə siyasətinə diqqət yetirmək lazımdı. Təkcə bir faktı xatırlatmaq, məncə, yerinə düşər. 2004-cü ildə dövlət başçısı İlham Əliyev Türkiyədə “Əgər Kiprdə Annan planı ilə bağlı referendumda şimal tərəfi “hə” deyərsə, Azərbaycan Quzey Kıbrıs Türk Cümhuriyyətinin izolyasiyadan çıxması istiqamətində addım atan ölkələrin başında olacaq” deyə bəyanat verdi. Referendum oldu, adanın şimalında yaşayan türklər birləşmə planına “hə” dedilər. Bakıdan QKTC paytaxtına birbaşa təyyarə reysi açıldı. Amma cəmi bircə dəfə. İkinci uçuş olmadı. Bunun ardınca Avropa Şurası Parlament Assambleyasında QKTC-nin müşahidəçi statusla iştirakını nəzərdə tutan layihənin səsverməsi zamanı Azərbaycanlı deputatlar zaldan çıxdılar. Hər iki fakt Azərbaycanın maraqları ilə izah olundu - “Biz Quzey Kıbrısla bağlı addım atsaq, Yunanıstan da Qarabağla bağlı oxşar addım ata bilər”. Daha sonra isə başqa bir arqument ortaya çıxdı - Avropa Birliyi Azərbaycanı QKTC-nin izolyasiyadan çıxarılması istiqamətində hər hansı addım atacağı təqdirdə yeni qonşuluq siyasətilə bağlı müzakirələri dayandırmaqla təhdid edib. Azərbaycan da AB ilə yeni qonşu olmaqda Gürcüstan və Ermənistandan geri qalmamaq üçün QKTC ilə bağlı addımları atmaqdan vaz keçib. Yəni öz maraqlarını nəzərə alıb. O zaman sual yaranır - 8 milyonluq Azərbaycanın marağı ola bilir, 70 milyonluq Türkiyənin yox? Hətta öz maraqlarına rəğmən Türkiyə yenə də Azərbaycanın və Azərbaycanın maraqlarının yanında olmağa çalışır. Keşkə biz də Türkiyənin yarısı qədər Türkiyəylə qardaş olduğumuzu nümayiş etdirə bilsək. Məsələn, ən bəsitini deyim - Türkiyəyə tətbiq etdiyimiz viza rejimini aradan qaldırsaq...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi