Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir
Zakir Həsənov: Azərbaycan Silahlı Qüvvələrinin qələbələri ordu quruculuğunda islahatların bariz nümunəsidir
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
İranda daha iki etirazçı edam edildi
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır - London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
Türkiyə hökumətinin Azərbaycanın maraqlarına arxa çevirərək Ermənistanla tarixi razılaşma ərəfəsində olduğu haqda xəbərlərin ardı-arası kəsilmir. Dünən AKP hökumətinə bağlı "Star"qəzeti Azərbaycanda bu məsələ ilə bağlı neçə vaxtdır davam edən narahatlıqların əsassız olmadığını göstərən xəbər yayıb. Xəbərdə bildirilir ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasına dair saziş bu ilin aprelində imzalanacaq. (Lent.az) Məlumata görə, sənəddə iki ölkə arasında sərhədlərin açılması, ticarət əlaqələrin başlanması və 1915-ci ildə baş verən hadisələrin ortaq tarix komissiyası tərəfindən araşdırılması nəzərdə tutulur. Qəzet iddia edir ki, sazişin mətni aprelin 24-dən əvvəl açıqlanacaq. Bu prosesə paralel olaraq, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları da davam etdirəcək. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərt olmadığı göstərilib. Qəzet bildirir ki, rəsmi Ankara və İrəvan arasındakı danışıqlarla bağlı Azərbaycan tərəfə mütəmadi məlumat verilir. Türkiyə Minsk Qrupunun danışıqlarının ən yaxın zamanda müsbət nəticə verəcəyinə ümid edir. ABŞ dövlət katibi Hillari Klintonun Türkiyəyə səfəri zamanı xarici işlər naziri Əli Babacanla görüşdə münaqişənin həllini tapacağına ümid etdiyini vurğulayıb. Qəzet onu da yazıb ki, ABŞ prezidenti Barak Obamanın aprelin əvvəllərində Türkiyəyə edəcəyi səfər zamanı bu barədə müzakirələr aparılacaq. Rəsmi Ankara Amerika prezidentini əmin etməyə çalışacaq ki, Türkiyə Ermənistanla dostluq münasibətləri qurmağa hazırlaşdığına görə aprelin 24-də ermənilərə müraciətdə "soyqırım "ifadəsini işlətmək İrəvanla imzalanacaq sazişə zərbə ola bilər. Bildirilir ki, Amerikadakı erməni lobbisi aprelin 24-ü ərəfəsində 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması üçün həm Konqresdə, həm də Obama administrasiyasında fəaliyyətlərini gücləndiriblər: "Ankara ABŞ prezidentinə çatdıracaq ki, "soyqırım"ın tanınması təkcə Türkiyə-Amerika münasibətlərinə deyil, eləcə də Ermənistanla qurulmaqda olan münasibətlərə zərbə olacaq. Məlumatlara görə, Amerika administrasiyası Obamanın aprelin 24-də ermənilərə mesajında hansı ifadələrdən istifadə edəcəyini müəyyənləşdirməyiblər. Gözlənilir ki, bu məsələdə ABŞ prezidentinin Türkiyəyə səfəri əsas rol oynayacaq". Qeyd edək ki, indiyədək Türkiyə mətbuatı Ermənistanın "soyqırım" məsələsini tarixçilərdən ibarət orta komissiyada araşdırılması haqda təklifi qəbul etməyə hazır olduğu haqda xəbərlər yayırdı. Ancaq bir gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan deyib ki, Türkiyə ilə münasibətlərin qurulması “soyqırım” faktını şübhə altına ala bilməz. Onun sözlərinə görə, Ermənistanın "soyqırım"ın tanınması məsələsində mövqeyi əvvəlki kimi qalır, bu məsələdə güzəştə yer yoxdur. Beləliklə, Türkiyə iqtidarının ermənilər qarşısında tamamilə güzəştə getdiyi və indiyədək irəli sürdüyü 3 şərtdən heç birinin qarşı tərəfdə qəbul edilməməsinə baxmayaraq, İrəvanla münasibətləri qurub sərhədləri açmağa hazır olduğu görünür. Şübhəsiz ki, Ankaranın mövqeyindəki bu təəssüf doğuran dəyişiklik rəsmi Bakını narahat edir. Prezident səviyyəsində olmasa da Azərbaycanda Türkiyənin mövqeyindən rəsmi narahatlıqlar artıq ifadə edilib. Məsələn, müdafiə naziri Səfər Əbiyev Türkiyənin jandarma qüvvələrinin komandanı ilə görüşü zamanı Ankaranın İrəvanla münasibətlər qurmaq planlarından narahatlıq ifadə etmişdi. Məsələ Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı prezident İlham Əliyevin türkiyəli həmkarı Abdullah Güllə ikitərəfli görüşü zamanı da qaldırılıb. Türkiyə prezidentini müşayiət edən jurnalistlərdən biri bildirib ki, Abdullah Gül aprelin 24-dən əvvəl “mühüm hadisələr” olacağı haqda danışırmış. Jurnalistlərin israrlı suallarına baxmayaraq, Gül Türkiyənin Ermənistanla münasibətləri və Qarabağ məsələsindəki indiki mövqeyi haqda danışmayıb. Ehtimal olunur ki, Abdullah Gülün İlham Əliyevlə danışıqları asan keçməyib. Türkiyə tərəfi Azərbaycanla danışıqlar zamanı inandırmağa çalışır ki, Ermənistanla sərhədlərin açılması və münasibətlərin qurulması Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər. F.MƏMMƏDOV musavat
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi