SON XƏBƏRLƏR

Məkkə yaxınlığındakı hərbi baza ABŞ-ın ixtiyarına verildi

2026.07.16, 22:41
Məkkə yaxınlığındakı hərbi baza ABŞ-ın ixtiyarına verildi

Reuters Məkkə yaxınlığındakı hərbi baza ilə bağlı diqqətçəkən məlumat yayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Reuters xəbər verib ki, Səudiyyə Ərəbistanı ABŞ-a İrana qarşı hərbi əməliyyatlarda istifadə olunması üçün Məkkədən təxminən 70 kilometr məsafədə yerləşən hava bazasından istifadəyə icazə verib.

Məlumata əsasən, İslam dünyasının ən müqəddəs şəhərlərindən birinin yaxınlığında yerləşən bu baza ABŞ-ın İrana qarşı son hərbi əməliyyatlarında istifadə olunub.

Əgər bu məlumat təsdiqlənərsə, İslamın müqəddəs şəhərlərindən birinin yaxınlığındakı hərbi obyekt ABŞ qüvvələri üçün strateji dayaq nöqtəsinə çevrilmiş olacaq. Bu hal həmçinin Ər-Riyad ilə Vaşinqton arasında İranla bağlı hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərə və regionda geniş müzakirələrə səbəb ola bilər.

Reuters əməliyyatın detalları və bazadan nə qədər müddət istifadə edildiyi barədə əlavə məlumat verməyib. Səudiyyə Ərəbistanı rəsmiləri isə bu xəbərə hələlik münasibət bildirməyiblər.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar