SON XƏBƏRLƏR

Bu gecə Təbriz də ABŞ hücumlarının hədəfləri sırasında olub

2026.07.20, 07:02
Bu gecə Təbriz də ABŞ hücumlarının hədəfləri sırasında olub

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan NourNews bildirib ki, ABŞ-ın bu gün həyata keçirdiyi hücumlar zamanı indiyədək Dəşt-e Azadeqan, Təbriz, Bəndər Abbas, Çabahar, Mahşəhr, Sirik, Kənərək, Bəndər Casək, Xormuc, Xürrəmabad və Sərbəndər (Bəndər İmam) hücumların hədəfi olub.

NourNews hücumların dəqiq vaxtı, vurulan obyektlər və ya dəyən ziyanın miqyası barədə hələlik əlavə məlumat yaymayıb.

Tasnim Xəbər Agentliyi Təbriz şəhərində partlayış səslərinin eşidildiyini xəbər verib. Agentlik partlayışın baş verdiyi yer və səbəbi barədə hələlik əlavə məlumat açıqlamayıb.

Bu məlumat son saatlarda İran mediasının ölkənin bir neçə digər şəhərində də partlayış səslərinin eşidildiyini bildirməsi fonunda yayılıb. İran rəsmiləri indiyədək Təbrizdə qeydə alınan partlayışın səbəbi ilə bağlı açıqlama verməyiblər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar