SON XƏBƏRLƏR

Ankara və Ər-Riyad Məkkə sazişi barədə nə dedi?

2026.08.07, 21:34
Ankara və Ər-Riyad Məkkə sazişi barədə nə dedi?

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə birgə müdafiə sazişinin regionda sülh, rifah və sabitlik istəyən bütün “qardaş ölkələrin” qoşulmasına açıq olduğunu bildirib.

Ərdoğan deyib ki, bu saziş “kollektiv çəkindirmə” prinsipi əsasında formalaşıb və təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə, müdafiə sənayesi üzrə birgə layihələrin inkişafına və terrorizmlə mübarizəyə kömək edəcək.

O, sazişin heç bir ölkəni hədəf almadığını vurğulayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Bəhəddin Duran da “X” sosial şəbəkəsində yazıb: “Məkkə sazişi heç bir konkret ölkəyə qarşı deyil, üç ölkənin birgə təhlükəsizliyini və kollektiv çəkindirmə imkanlarını gücləndirəcək və bununla da regionumuzda sülh və sabitliyin qorunmasında mühüm rol oynayacaq.”

Səudiyyə Ərəbistanının ictimai diplomatiya məsələləri üzrə xarici işlər nazirinin müavini Raed Kərimli də “X” sosial şəbəkəsində yazıb: “Bu saziş hərbi ox və ya məzhəb bloku yaratmaq cəhdi deyil. Bu sazişin heç bir nüvə ambisiyası və ya silahlanma yarışı ilə əlaqəsi yoxdur, əksinə, diqqət davamlı imkanların yaradılmasına yönəlib.”

O əlavə edib ki, Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla birgə müdafiə sazişinin “heç bir nüvə ambisiyası” ilə əlaqəsi yoxdur və regionda heç bir ölkə üçün təhlükə təşkil etmir.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar