SON XƏBƏRLƏR

Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu

2026.08.15, 10:12
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu

Azərbaycanlı türk ağırlıqqaldıran Məhsa Behişti Asiya Gənclər Çempionatının 86 kq çəki dərəcəsində üç qızıl medal qazanaraq bu yarışlarda qazandığı qızıl medalların sayını altıya çatdırıb.

Gunaz.tv

Məhsa Behişti cümə günü yeniyetmələr arasında +77 kq çəki dərəcəsində birdəfəlik qaldırmada 113 kq, ikiqat qaldırmada 148 kq və toplamda 261 kq nəticə göstərərək üç qızıl medal qazanmışdı.

Azərbaycanlı türk ağırlıqqaldıran şənbə günü isə gənclər arasında 86 kq çəki dərəcəsində daha üç qızıl medal qazanmağa nail olub. Ümumilikdə Ərdəbil əsilli ağırlıqqaldıranın Asiya çempionatlarında 6 qızıl medal qazanıb.

Asiya Gənclər Çempionatının 86 kq çəki dərəcəsində yarışlar başa çatdıqda heç bir ağırlıqqaldıran Məhsa Behiştidən daha yüksək nəticə göstərə bilməyib.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar