SON XƏBƏRLƏR

Zunuzinin bəyanatı: “İran futbol rəsmilərinin qanun pozuntularını və ikili standartlarını sonadək araşdıracağam”

2026.11.03, 18:36
Zunuzinin bəyanatı: “İran futbol rəsmilərinin qanun pozuntularını və ikili standartlarını sonadək araşdıracağam”

Gunaz.tv

Güney Azərbaycanın Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi Malavan–Traktor oyunu zamanı baş verənlərə görə İran Futbol Federasiyasının rəsmilərini və oyun nəzarətçilərini tənqid edib.

Zunuzinin sözlərinə görə, klubun bütün sənədləri və hesabatları Federasiyanın Etika və Apellyasiya komitələrinə göndərilib. O, hakimlər briqadasının və oyun nəzarətçisinin mümkün səhlənkarlığını, eləcə də hadisələrlə bağlı həqiqətə uyğun olmayan hesabatların hazırlanmasını araşdırmağı tələb edib.

Klub sahibi son iki ildə Traktorun futbolçularına və azarkeşlərinə qarşı 10-dan çox təhqir və hörmətsizlik halının qeydə alındığını bildirib. O, federasiya rəsmilərini müxtəlif klubların azarkeşlərinə qarşı ikili standartlar tətbiq etməkdə ittiham edib.

Zunuzi Malavanla oyunda Traktor futbolçularının meydana çıxmasına icazə vermədiyini də təsdiqləyib. O, daxili hüquqi mexanizmlər nəticə verməsə, məsələni FİFA-ya qədər daşıyacağını və sonadək mübarizə aparacağını vurğulayıb.


GunAz TV
R.G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar