Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
İranda hökumət subsidiyalı çörək satışına kvota tətbiq etməyə başlayıb
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
Enes Cansevər [email protected]/* */ Futbol məsələsinə barmaqarası baxmaq olmaz. Dünya çempionatında üçüncü yeri tutmaq, “Qalatasaray”ın Avropa çempionluğu və Türkiyə millisinin Avropa üçüncüsü olması həm milli bir qürur, həm də ölkəmizin dünyadakı nüfuzunun yüksəlməsi baxımından, həqiqətən də, çox yüksək bir göstərici oldu. UEFA tərəfindən hər 4 ildən bir keçirilən Avropa çempionatının builki mərhələsində dünya mətbuatının ən çox bəhs etdiyi komanda Türkiyə millisi oldu. Hətta UEFA-nın vitse-prezidenti Şənəz Ərzik bu yarış boyunca daha çox izləyici cəlb edən komandanın Türkiyə millisi olduğunu bildirdi. Bürünc medalla Türkiyəyə dönən milli komandamız möhtəşəm təntənə ilə qarşılandı. Onlara yaraşan da elə bu idi. Mən də onları təbrik edirəm və təbrik edərkən də bir tərəfdən içimdə səssizcə “Ah, kaş ki son dəqiqədə o qolu qapımızdan buraxmayaydıq” sızıltısı keçdiyini hiss edirəm. Başqaları bu sızıltımı duymasa da, elə fikirləşirəm ki, hər kəs bu sızıltını, bu yanğını öz içində eşidir. Amma hər şeyə baxmayaraq, əldə olunmuş nəticəni uğur sayır və komandamızı təbrik edirəm. Neyləyəsən, insan oğlunun xasiyyəti belədir, dünya malına istək də bu cürdür. Bir söz var, yəqin eşitməmiş deyilsiniz: insan oğlunun gözünü doyursa-doyursa, ancaq bir ovuc torpaq doyurar. Əgər xatırlayırsınızsa, bu çempionat başlayarkən çoxumuz belə düşünürdük ki, yarımfinal nədir, ilk mərhələni keçmək belə bizim üçün uğurdur. Bəzilərimiz də elə ilk mərhələdə yarışları tərk edəcəyimizi düşünürdü. Amma qələbə qazandıqca nəfsimiz də şişməyə başladı. Bir məsəl var: bir evi olan istəyər ki, iki evi olsun, iki evi olan istəyir məhəlləyə sahib olsun, məhəlləsi olan rayona, rayonu olan şəhərə sahib olmaq istəyir. İnsan nəfsi belədir. Türkiyənin yolunu bağlamağa çalışan, hər bir uğurlarına göz yuman, onu üçüncü ölkə halına gətirməyə çalışan güclər bu uğurlarımıza da laqeyd qaldılar. Bütün bunlara baxmayaraq, aydın, getdikcə inkişaf edən çağdaş, dünya standartlarına yetişməyə can atan Türkiyə hər cür bədxah münasibətə rəğmən irəliləməkdədir. Bir söz var, deyirlər ki, xaricdəkilər öz arxasında dövlətinin və hökumətinin mənəvi dəstəyini hiss etdikləri an daha güclü olurlar. Dörddə bir finalda Baş nazir Ərdoğan, yarımfinalda isə Prezident Gülün stadionda milli komandamıza dəstək verməsi Türkiyənin inkişafını göstərən bir tablo idi. Bəli, bu, dövlət, millət və hökumət üçlüyünün bir arada olmasını dünyaya göstərirdi. Təəssüf ki, bu zamana qədər belə mənzərə görməmişdik. Bu saydığımız güclər arasında əlaqə problemi vardı. Xatırlayırsınızsa, 2002-ci ildə də Türkiyə millisi dünya çempionatında böyük uğur qazandı və üçüncü yerə sahib oldu. Görəsən o dövrün prezidenti Əhməd Necdət Sezər də indiki rəhbərlər kimi ftribunadan, komandamızı dəstəkləsəydi, daha böyük uğur qazana bilərdikmi? Bu, lazım idi, xalqa səmimi münasibətini göstərmək, Türkiyəyə daha bir uğur qazandırmaq üçün. Bütün bunlardan ona görə bəhs edirəm ki, idman, xüsusilə də, futbol artıq böyük bir sektor, güc halına gəlib. Bu gün bir çox dövlətlər və millətlər öz adını futbol meydanlarında qazandığı uğurlarla məşhurlaşdırırlar. Bu vaxta qədər çoxumuzun adını eşitmədiyi Afrika ölkələrini, məsələn, Kamerunu ancaq Türkiyədə və Avropada oynayan futbolçuları ilə tanımışıq. Üstəlik, bir məsələ də var ki, bütün bu yarışlarda biz Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağının da dalğalandığının şahidi olduq. Avropada bu dostluğumuzu, qardaşlığımızı futbol vasitəsilə dünyaya nümayiş etdirə bildik. Bu gün istisnasız olaraq Avropanın bütün ölkələrinin mətbuatında Türkiyə və milli komandamız müzakirə olunur. “Çempion” qəzetinin son sayında “Xorvat baş məşqçinin anlamadığı şey duadır” deyərkən, mən milli komandamızın istər çexlər, istər xorvatlar, istərsə də almanlarla mübarizədə hər cür zədəli və cəzalı futbolçularımızın meydanda olmamasına rəğmən, gözəl oyun nümayiş etdirməsini ustalıqla yanaşı, həm də mənəvi güclə izah etməyə çalışmışdım. Neyləyə bilərsən ki? Hər istədiyin baş tutmaya bilər. Əgər biz almanları da məğlub edib, finalda məğlub olsaydıq, yenə üzüləcəkdik. Əsas məsələ nəticənin uğur olduğunu bilmək, ondan növbəti qələbələr üçün nəticə çıxarmaqdır. Mən milli komandamızı bizə yaşatdığı bu qürur üçün təbrik edirəm. Bu sevinci özününkü bilən və hər kəslə paylaşan Azərbaycan Sənaye Bankının (ASB) prezidenti Həsən bəyə və rəhbərlik etdiyi kollektivə dərin təşəkkürümü bildirirəm. Onlar bu məsələdə Azərbaycana bir töhfə kimi 100 min tirajla Türkiyə millisinin rəsmini hədiyyə etdilər. Biz də həm “Çempion”, həm də “Zaman-Azərbaycan” qəzeti olaraq, bu gözəl təşəbbüsə qatıldığımız üçün qürur duyduq. Bakının əksər iş yerlərinə, dövlət və hökumət orqanlarına çatdırdığımız həmin şəkillər iş otaqlarının ən görkəmli yerlərindən asılmışdır. Hətta o rəsmi çərçivəyə alıb, ailə fotosu kimi evindən asan azərbaycanlı dostlarımdan da xəbərim var. Bu fotonun (posterin) çapında, yayılmasında iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Həm köksümüzü qabartdı, həm də dünyaya mesaj oldu İndi də başqa bir mühüm məsələdən, Azərbaycanda da, Türkiyədə də bizi sevindirən, həyəcanlandıran bir görüntüdən söhbət açmaq istəyirəm. İki gün əvvəl Bakının Azadlıq meydanında keçirilən Azərbaycan Ordusunun hərbi paradı, hərbi dəniz və hava qüvvələrinin nümayişi köksümüzü qabartdı. Xəzərin sinəsini bəzəyən dəniz qüvvələri, Bakı səmalarında cürbəcür görüntülər sərgiləyən hava qüvvələri Azərbaycan Ordusunun gücünü, nümayiş etdirərək hamımızı duyğulandırdı. Bu mənzərəni izləyərkən qeyri-iradi olaraq, Qarabağın erməni işğalı altına düşdüyü o illəri xatırladım və öz təsəvvürümdə Qarabağın o işğaldan azad olacağı günləri, o günlərdə yaşanacaq möhtəşəm mənzərəni canlandırmağa çalışdım. Sevinməmək, duyğulanmamaq insanın öz əlində deyil. Mənə belə gəlir ki, bu mənzərələri seyr edərkən duyğulanmayan adam özünü həkimə göstərməlidir. Çox deyil, bundan bir neçə il öncə İranın Azərbaycan hava sərhədini pozması ilə türk ulduzlarının Bakı səmasında göstərdiyi o nümayişə baxarkən də eyni duyğunu yaşamışdım. Allaha çox şükürlər olsun, artıq günbəgün güclənən bir Azərbaycan var və bu Azərbaycan həm onu gözü götürməyən qonşularına, həm də dünyaya öz gücünü nümayiş etdirərək mesaj verdi. zaman
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
Səhənd stadion "Traktor"a verilir
İran buna görə bizə kiberhücum etdi- Baro
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
İranın su anbarları rejimin yeraltı raket şəbəkəsinə xidmət etmiş ola bilər
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
ABŞ kəşfiyyatı İranın Vaşinqtonda “çirkli bomba” hücumu planlaşdıra biləcəyini ehtimal edir – CNN
İranda 84 qadın yaxınları tərəfindən öldürülüb