SON XƏBƏRLƏR

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb

2026.11.20, 10:28
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tam əməkdaşlığı bərpa etməyə çağırıb.

Gunaz.tv

. Dörd ölkə xəbərdarlıq edib ki, agentlik artıq Tehranın bəyan edilmiş nüvə materiallarını dinc məqsədlərdən kənar istifadə üçün yönləndirib-yönləndirmədiyini yoxlaya bilmir. Bu barədə dörd ölkənin birgə bəyanatında bildirilib.

“Şuranın son iclasından bəri çox az, yaxud heç bir irəliləyiş əldə olunmayıb”, – deyə bəyanatda qeyd edilib. Bildirilib ki, İran bəyan edilmiş nüvə obyektlərinin və materiallarının hazırkı vəziyyəti barədə heç bir məlumat təqdim etməyib, həmçinin agentliyin yoxlamaq istədiyi obyektlərə giriş imkanı yaratmayıb.

Dörd ölkənin bildirdiyinə görə, BAEA-nın 2026-cı ilin fevralından bəri İranda həyata keçirdiyi yeganə yerində yoxlama fəaliyyəti Buşəhr Atom Elektrik Stansiyasında baş tutub.

Bəyanatda həmçinin agentliyin İsfahandakı bəyan edilmiş dördüncü uran zənginləşdirmə obyektinə giriş əldə edə bilməməsi və əvvəllər monitorinq altında saxlanılan yüksək zənginləşdirilmiş uran ehtiyatlarını yoxlamaq imkanından məhrum olması ilə bağlı narahatlıq ifadə edilib.

Sənəddə vurğulanıb ki, nüvə təminatları üzrə öhdəliklər birtərəfli qaydada dayandırıla bilməz və müfəttişlərin müvafiq obyektlərə qayıtmasına mane olan hər hansı texniki səbəb mövcud deyil.

“İranı BAEA ilə dərhal, əlavə gecikmələrə yol vermədən əməkdaşlığa başlamağa və ölkədə yoxlamaların tam bərpası üçün zəruri texniki addımları atmağa çağırırıq”, – deyə bəyanatda qeyd olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar