SON XƏBƏRLƏR

CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir

2026.11.20, 17:23
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir

İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir.

Gunaz.tv

CBS News-un məsələdən məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyası İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən, həmçinin, hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürməklə mümkün hücumlardan qorumağa çalışmasından narahatdır.

Məlumata əsasən, İsrail ordusu İranla yeni hərbi qarşıdurmaya hazırdır və Tehranın ilk mümkün hücumuna cavab vermək üçün müdafiə hazırlığını ən yüksək səviyyəyə çatdırıb.

Mənbələrin bildirdiyinə görə, Netanyahu administrasiyası ABŞ-la birgə hərbi əməliyyat keçirməyə üstünlük verir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yeni hərbi əməliyyata başlamaq qərarı verib-verməyəcəyi və belə bir əməliyyatın hansı formada olacağı hələlik məlum deyil.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar