SON XƏBƏRLƏR

Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen

2026.11.20, 13:46
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen

Böyük Britaniya İran, Çin, Şimali Koreya və İrana qarşı kiberhücum əməliyyatları aparır.

Gunaz.tv

Bu barədə "Sky News", Britaniya Ordusunun kiber və ixtisaslaşmış əməliyyatlar komandanı Rob Maqouenə istinadən məlumat yayıb.

Rob Maqouen Böyük Britaniyaya qarşı kiber təhdidləri "əhəmiyyətli" adlandırıb və bu dörd ölkənin Böyük Britaniyaya qarşı kiber fəaliyyətlər həyata keçirdiyini bildirib.

O, vurğulayıb ki, bu ölkələr Böyük Britaniyaya qarşı kiber əməliyyatların onlara baha başa gələcəyini və ölkənin Milli Kiber Qüvvələrinin bu cür təhdidlərə qarşı mübarizə aparmaq üçün çalışdığını bilməlidirlər.

Böyük Britaniyanın bu ölkələrlə kiber müharibəsinin vəziyyəti ilə bağlı suala cavab olaraq baş komandir deyib: 

"Deməzdim ki, biz müharibədəyik, amma sülh içində də deyilik. Biz boz bir zonada, münaqişə astanasının altındayıq".

Rob Maqouen həmçinin Böyük Britaniyanın Milli Kiber Qüvvələrinin düşmən kompüter şəbəkələrinə nüfuz etmək, onların strukturunu müəyyən etmək və bu şəbəkələr daxilində əməliyyatlar aparmaq qabiliyyətinə malik olduğunu açıqlayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar