İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
Gürcüstanın xarici işlər naziri Yekatrina Tkeşelaşvili Varşavada polşalı həmkarı Radoslav Sikorskilə keçirdiyi mətbuat konfransında maraqlı bəyanat verib. O deyib ki, əgər Gürcüstana NATO-ya üzvlüklə bağlı dəvət göndərilərsə, bu, Ukraynaya təklif olunmazsa, Gürcüstan Alyansa üzvlükdən imtina edəcək: "Biz Ukraynayla çox ciddi strateji tərəfdaşıq. Hesab edirik ki, bu səylərimiz NATO-ya üzvlüyə birgə getməyimizlə nəticələnəcək. Alyansa Ukraynayla birgə yaxınlaşmağımız böyük imkanlar yaradır". Rəvan Məmmədli Qeyd edək ki, iyunun 25-də Gürcüstan prezidenti Mixail Saakaşvili Almaniya Federativ Respublikasının baş naziri Angela Merkellə görüşüb. Angela Mergel bildirib ki, Gürcüstan mütləq NATO üzv olmalıdır. O, digər ölkələrin Alyansa üzvlüyü ilə bağlı məsələnin Gürcüstana heç bir dəxli olmadığını söyləyib. Xatırladaq ki, NATO-nun apreldə keçirilən Buxarest sammitində Rusiya ilə kəllə-kəlləyə gəlmək istəməyən Almaniya, Fransa və digər Qərb ölkələrinin etirazı sonucunda Ukrayna Alyansa üzvlüklə bağlı intensiv dialoq mərhələsinə dəvət ala bilməmişdi. Bu məsələyə 2008-ci ilin dekabrında bir daha baxılacaq. Bu da səbəbsiz deyildi. Rusiya Ukraynanın Alyansa üzvlüyünə sərt yanaşır və o dönəmdə Moskva bir çox təhdidedici bəyanatlar səsləndirmiş, ölkənin ərazi bütövlüyünü belə şübhə altına almışdı. Digər tərəfdən, Almaniya, Fransa və digər Qərb ölkələri enerji və başqa sahələrdə Rusiyayla sıx əməkdaşlıq etdiklərindən ehtiyatlı mövqe sərgiləməyə üstünlük vermişdilər. Angela Merkelin son bəyanatı göstərir ki, Almaniya yenə də mövqeyini dəyişməyib, Ukraynanın hələ gözləməsinə, Gürcüstanın ayrılıqda NATO-ya üzvlüyü prosesini isə sürətləndirməyə tərəfdardır. Lakin rəsmi Tiflis bununla razılaşmaq fikrində deyil. Bəs bunun səbəbi nədir? Məsələ ondadır ki, Gürcüstan riskləri bölüşmək istəyir. Bu da başa düşüləndir. Göz önündədir ki, hazırda Rusiya əsas diqqətini Gürcüstana yönəldib və Moskvanın Abxaziya və Cənubi Osetiyadakı həyasızlığı, bu bölgələrdə öz hərbi qüvvələrini yerləşdirməsi, atəşkəs rejimini pozması adi hal alıb. Bu kimi davranışlar Buxarest sammitində Tiflisin Alyansa üzvlüklə bağlı daha açıq mövqe ortaya qoymasından sonra intensivləşib. Rusiyanın məqsədi aydındır. Moskva "gözü çıxan qardaşından ibrət götür" prinsipini əsas götürərək Ukraynanın Qərbyönümlü siyasi elitasını "Gürcüstan dərsi"ylə qorxutmağa çalışır. Əgər Ukraynanın üzvlük məsələsində Qərb dövlətləri tərəddüdlərə yol verərlərsə, bu halda Gürcüstana Moskvanın təzyiqlərinin daha da artacağı şübhəsizdir. Məhz bu səbəbdən də Tiflis bu yolu strateji tərəfdaş kimi Kiyevlə birgə addımlamaq və Rusiyanı bu yolla inadından döndərmək xəttini əsas götürüb. Qısası, Moskvanın təzyiqlərini neytrallaşdırmaq üçün Gürcüstana NATO yolunda mütləq bir yoldaş da lazımdır. Bu yoldaş isə Kiyevlə bərabər həm də Bakı ola bilər. Qərb dairələrinin davranışlarından isə görünür ki, onlar indiki mərhələdə Gürcüstanın yoldaşının məhz Azərbaycan olmasını daha məqbul sayırlar. Ötən həftə Alyansda əsas söz sahibi və aparıcı dövlət olan ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersinin iyulda Vaşinqtonla-Bakı arasında keçiriləcək təhlükəsizlik məsləhətləşmələrində Azərbaycanın NATO-ya üzvlüyünün müzakirə olunacağını açıqlaması da bu fikri təsdiqləyir. Qərbin yanaşmasını bir neçə səbəblə əlaqələndirmək mümkündür. Birincisi, Azərbaycan ən ağır dövrlərində, keçən əsrin 90-cı illərində Rusiyanın iqtisadi, hərbi şantajına, təzyiqlərinə davam gətirib, bütün riskləri, şimal qonşumuzun Ermənistanın əliylə torpaqlarımızın işğalını davam etdirməyə səy göstərəcəyini belə gözə alaraq, Qərblə neft və qaz, onların daşınması yollarıyla bağlı müqavilələr imzalayıb və bu imtahandan üzüağ çıxıb. Ancaq ərazisi, əhalisi daha böyük olan, siyasi elitası arasında rusyönümlülər hələ də böyük yer tutan, şərqində separatizm təhlükəsinin hər an alovlana biləcək Ukraynaya NATO-ya üzvlüklə bağlı "yaşıl işıq" yandırmaq çoxlu risklər vəd edir. İkincisi, sosioloji sorğular da göstərir ki, Gürcüstandan fərqli olaraq Ukraynada əhalinin əksəriyyəti hələ ki, Alyansa üzvlüyün tərəfdarı deyil. Lakin torpaqlarımızın işğalında Ermənistana hərbi və digər sahələrdə dəstək vermiş və verən Rusiya əsas rol oynadığından Azərbaycan cəmiyyətində Qərb strukturlarına, qardaş Türkiyənin yer aldığı NATO-ya münasibət müsbətdir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Ankara TOBB Universitetinin müəllimi, doktor Nihat Çelikpala bildirib ki, Qərb və NATO Azərbaycanı qlobal təhlükəsizlik sisteminin içərisində görmək istəyir. O deyib ki, Azərbaycan da Alyansa üzvlüyünü açıq şəkildə qoysa, bu proses çox sürətlə gedə bilər: "Gürcüstan çox tələbkarlıq göstərir və sürətlə, tez bir zamanda NATO-nun parçası olmaq istəyir. Amma burada bir məsələ var ki, Azərbaycansız Gürcüstanın Alyansa üzvlüyü çətindir. Azərbaycansız olmaz. Çünki Türkiyə və bölgənin şərtləri Azərbaycanın da Alyansa üzv olmasını zəruri edir". Deməli, rəsmi Bakının NATO-ya üzvlüklə bağlı qəti addımı isə Qərb üçün çox önəmlidir. xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var