Marağada 14 iaşə obyekti bağlandı
Qərbi Azərbaycan əyalətinə kürd polis rəisi təyin olundu
ABŞ-ın blokadası davam etdikcə Çində İran neftinə tələb azalır — Reuters
İranda beş məhbus edam edilib
İranın neft hasilatı hazırda daxili tələbatı cüzi üstələyir — TankerTrackers
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Millət vəkillləri hicaba görə Pezeşkiana xəbərdarlıq etdilər
BƏƏ-nin ticarəti dayandırması İranın qalan iqtisadi dayaq nöqtələrindən birini təhdid edir
Tramp: İranın raket və dron istehsal etmək imkanları “çox aşağıdır”
ABŞ konqresmeni SEPAH-a zərbə endirməyə və İrana qarşı iqtisadi təzyiqi artırmağa çağırıb
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
"26 iyunda Azadlıq meydanında keçirilən hərbi parad xalqımızın özünə, qələbəyə inanımı daha da artırıb" İyunun 26-da Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi münasibətilə hərbi parad keçirilib. Parad saat 12.00-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzəsi ilə başlayıb. Müdafiə Nazirliyinin hərbi orkestri Azərbaycanın dövlət himnini səsləndirdikdən sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək, Silahlı Qüvvələr quruculuğunda son illər görülən işlərdən danışıb. Ramiz Mikayıloğlu "Azərbaycan Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir" Prezident ordunun yaranmasını ölkənin tarixində əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Ordunun yaranması zərurəti ortaya çıxıb. Dövlət başçısı bildirib ki, Silahlı Qüvvələrin güclənməsi üçün bu gün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır və bu gün Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Ordunun peşəkarlığı ilə yanaşı, maddi-texniki bazası da möhkəmlənir və bu istiqamətdə son illər çox böyük işlər görülür: "2003-cü ildə Azərbaycanın hərbi xərcləri indikindən 10 dəfə az idi. Azərbaycanın ümumi hərbi xərcləri bu gün 2 milyard dollardan artıqdır. Azərbaycanın dövlət xərclərində hərbi xərclər birinci yerdədir və əminəm ki, bundan sonrakı illərdə də belə olacaq". Dövlət başçısı çıxışında onu da deyib ki, Azərbaycan Ordusu üçün lazım olan hərbi texnika və silah-sursatın ölkədə istehsalının tərəfdarıdır: "Bunu etmək üçün ölkəyə yeni texnologiyalar gətirilməli, peşəkar mütəxəssislər hazırlanmalı, lazımi miqdarda maliyyə vəsaiti ayrılmalıdır. Bütün amillər Azərbaycanda mövcuddur". İlham Əliyev Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət xərclərinə bərabər olduğunu, növbəti illərdə bu xərclərin daha da artırılacağını nəzərə çatdırıb. "Torpaqlarımızı azad etməyə hər an hazır olmalıyıq" Ali Baş Komandan Azərbaycanın müharibə şəraitində yaşadığını, müharibənin hələ bitmədiyini xatırladıb: "Torpaqlarımızı azad etməyə hər an hazır olmalıyıq, biz məhz bu məqsədlə güclü ordu yaradırıq. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı uzun zamandan bəri danışıqlar aparılır. Azərbaycan xalqı artıq bu danışıqlardan yorulub. Danışıqlar əbədi aparıla bilməz. Düzdür, danışıqlar prosesində müsbət irəliləyişlər var. Bu gün müzakirə predmeti olan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülür. Danışıqlar masasında mövcud olan təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün heç bir mexanizm yoxdur". Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığını deyən prezident Azərbaycanın hələ ki, danışıqları davam etdirmək niyyətində olduğunu açıqlayıb: "Mən əminəm ki, biz bütün səylərimizi səfərbər edib, diplomatik, iqtisadi, hərbi siyasətimizi gücləndirərək məqsədimizə nail olacağıq. Haqq-ədalət, beynəlxalq birlik, iqtisadi imkanlar, hərbi üstünlük bizim tərəfimizdədir". Prezident Azərbaycan Ordusunun bölgənin ən güclü ordusu olduğunu da diqqətə çatdırıb, ordunun güclənməsi üçün bundan sonra da bütün addımların atılacağını vurğulayıb. İlham Əliyev nitqinin sonunda hərbi paradın keçirilməsini böyük hadisə kimi qiymətləndirib, bu gün münasibətilə Silahlı Qüvvələrin bütün şəxsi heyətini və Azərbaycan xalqını bir daha təbrik edib. Pilotsuz təyyarələr, qırıcılar, zirehli maşınlar Daha sonra hərbi orkestrin ifa etdiyi marş sədaları altında Silahlı Qüvvələrin bölmələri tribunanın önündən keçiblər. Meydana gətirilən dövlət bayrağının ardınca Azərbaycan Xalq Cümhuriyyəti ordusunun geyimində və silahları ilə silahlanmış bölmələr, daha sonra hərbi təhsil müəssisələrinin - Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin müdavimləri, ordu birləşmələrinin, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Qvardiya, FHN-in Mülki Müdafiə Qoşunları, Daxili Qoşunların bölmələri, dəniz piyadaları və xüsusi təyinatlı birləşmələrin əsgərləri keçid ediblər. Eyni zamanda Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ" və "Su" markalı döyüş təyyarələri, "Mi-6", "Mi-8" və "Mi-24" markalı vertolyotları Bakı səmasında müxtəlif pilotaj uçuşları yerinə yetirib, səmada Azərbaycanın dövlət bayrağını cızıblar. Piyadaların ardınca Silahlı Qüvvələrin müxtəlif texnikaları, pilotsuz uçan aparatlar, qoşqulu və özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, piyadaların döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri və tanklar keçid edib, gəmilər isə dənizdən parada dəstək verib. Hərbi parada Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti, 210 modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 döyüş təyyarəsi, 31 gəmi və kater cəlb olunub. Bu, Azərbaycan Silahlı Qüvvələrinin tarixində üçüncü hərbi paraddır. İlk hərbi parad 1919-cu il mayın 28-də indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə keçirilib. İkinci hərbi parad isə Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə keçirilib. Bəs bu hərbi paradı və onun təsirini necə qiymətləndirmək olar? Xalqın özünə, qələbəyə inamını artıran parad BAXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli deyir ki, dövlətin atributlarından biri də ordudur. Ordu həm də millətin gücünün göstəricisidir. Onun sözlərinə görə, mürəkkəb regionda və strateji məkanda yerləşən, torpaqlarının 20 faizi işğal altında, böyük qonşularının hər an müstəqilliyinə və ərazi bütövlüyünə qəsd etməyə çalışdığı Azərbaycanın Silahlı Qüvvələrinin güclü və qüdrətli olması vacibdir. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun, həmsədr dövlətlərin illərdir ki, münaqişənin həlli istiqamətində ciddi çalışmadıqlarını, işğalçıyla işğala məruz qalanı fərqləndirmədiklərini, eyni təklifləri irəli sürdüklərini xatırladan Yeganə Mehdibəyliyə görə, biz gec-tez torpaqlarımızı erməni işğalından müharibə yoluyla azad etməyə başlayacağıq. Bu zamansa bizə güclü və qüdrətli ordu mütləq lazımdır. MNTK sədri hesab edir ki, 26 iyunda Azadlıq meydanında keçirilən hərbi parad xalqımızın özünə, qələbəyə inamını daha da artırıb. Yeganə Mehdibəyli gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsində, Silahlı Qüvvələrdə xidmətə, hərbi təhsil almağa marağın artmasında da bu hərbi paradın özünəməxsus rol oynayacağından əmindir: "İnşaallah, ordumuz gücünü torpaqlarımızın işğaldan azad edilməsi zamanı da göstərər və generallarımız da rütbələrini məhz uğurlu hərbi əməliyyatlar sonucunda qazanar". Beynəlxalq aləmə və düşmənə verilən mesaj Mənasız danışıqların bu məqamında, həmsədrlərin regiona səfərə gəldiyi bir vaxtda və saxtakarlıqla, buna etirazını bildirənlərin qanını tökməklə Ermənistanda prezident kürsüsünə yiyələnmiş Serj Sərkisyanın yenə də qeyri-konstrktiv bəyanatlar səsləndirdiyi bir dönəmdə bu hərbi paradın keçirilməsi bir çoxları üçün ciddi mesajdır. Söhbət həm işğalçılıq siyasətinə son qoymamış Ermənistandan, həm də işğalçını öz adıyla çağırmayan həmsədrlərdən gedir. İkincisi, yuxarıda da deyildiyi kimi, Azərbaycanın işi tək torpaqlarının işğaldan azad etmək, buna ciddi hazırlaşmaqla bitmir. Azərbaycanın yerləşdiyi strateji məkan, qlobal neft və qaz ixracı marşurutları fonunda təhlükəsizliyin qorunması da ciddi bir məsələ kimi ortaya çıxır. Bu baxımdan iyunun 26-da keçirilən parad həm ölkəmizin beynəlxalq aləmdə əhəmiyyətli enerji təminatçısı kimi roluna qısqanclıqla yanaşan, bu rolu heçə endirməyə çalışanlar, həm də bizim bu rolu uğurla oynayacağımızı istəsə də, narahatlıq keçirən Qərb üçün də vəziyyəti aydınlaşdırdı. Silahlı Qüvvələrin nümayiş olunan bir qism gücü belə nəticə çıxarmaq üçün yetərlidir. Sözsüz ki, Azərbaycan pilotlarının yüksək ustalıqla qırıcı təyyaləri idarə etməsi, manevrləri, yüksək dəqiqliklə digər silah və texnika, torpaqlarımızın azadlığı uğrunda canlarından belə keçməyə hazır olan əsgərlərimizin qürurlu addımları xalqımızın mənəvi ruhunu da yüksəltdi. Bu ruh bizə çox lazımdır. Təsadüfi deyil ki, Atatürk Çanaqqala zəfərindən danışarkən türklərin qələbəsinin səbəbini bir ifadə ilə ortaya qoyub: "Əmin olmalısınız ki, Çanaqqala döyüşlərini qazandıran yüksək ruhdur". Yeri gəlmişkən, ilk baxışda xırda bir çatışmazlıq olsa da, 26 iyunda təşkilatçıların xalqımızın öz ordusunu izləməyə daha yaxşı şərait yaratması lazım idi. Psoxoloji təzyiqin nəticələri 26 iyunda keçirilən hərbi paradın düşmən üçün güclü psixoloji təzyiq rolunu oynadığını da əminliklə söyləmək olar. Elə Serj Sərkisyanın "Kommersant" qəzetinə son açıqlaması da bunu təsdiqləyir. Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar sabah da başlaya bilər və bunu istisna etmək olmaz. Çünki, Azərbaycan rəhbərliyi münaqişənin hərb yolu ilə həllindən danışır. Onun qənaətinə görə, ötən 14 il ərzində "nə sülh, nə də ki müharibə" şəraiti qüvvələrin balansı sayəsində saxlanılır və şərtlərin pozulacağı təqdirdə hərbi əməliyyatların yenilənməsi istisna deyil. Biz hər şeyi sülh yolu ilə həll edə bilərik və bu barədə Sankt-Peterburqda prezident İlham Əliyevlə görüşdə də danışmışıq. Görüş konstruktiv keçmişdi. Amma bir məsələ - konstruktiv danışmaq, digər məsələ isə - konstruktiv iş görməkdir. Bir daha deyirəm. Mən hərbi həll görmürəm. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün qırmızı xətdir. Biz bu sərhədi keçməmək üçün bizi yaxınlaşdıran tərəfi tapmalıyıq". Erməni mətbuatı da hərbi paradı və prezident İlham Əliyevin bəyanatlarını diqqətlə izləyib. Məsələn, "Panarmenian.net" internet saytı yazır ki, İlham Əliyev yenə də müharibənin hələ də başa çatmadığını bəyanlayıb. Azərbaycanın müstəqilliyinin ilk illərində Rusiyanın birbaşa hərbi-siyasi yardımı ilə torpaqlarımızı işğal edən ermənilər indi regionda yeni reallıqların yarandığının fərqindədirlər. Bu hərbi, siyasi, iqtisadi reallıqların müəllifi isə Azərbaycan Respublikasıdır. Düz 16 il sonra növbəti hərbi parad keçirib xalqa ruh verən, qələbəyə inam yaradan Azərbaycan Silahlı Qüvvələri əsl gücünü işğal olunmuş torpaqlarımız azad edəndə göstərəcək. xalqcebhesi
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi