İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
Əli xalqının qanına batmış, xalqının qanını tapdalayaraq hakimiyyətə gəlmiş Ermənistanın saxta prezidenti Serj Sərkisyan və terrorçua prezidentin təyinatıyla xarici işlər naziri postuna sahib olmuş Edvard Nalbəndyan növbəti dəfə Dağlıq Qarabağ problemiylə bağlı əslində nə istədiklərini və bu istəkdən də heç vaxt vaz keçməyəcəklərini ortaya qoydular. Əvvəlcə Serj Sərkisyan müharibənin başlayacağını bildirdi. Müdafiə naziri Seyran Ohanyan isə qeyd etdi ki, o, prezidentdən aldığı əmr əsasında hərbi hissələrin komandanlarına tapşırıq verib. Arzu Şirinova Yəni Serj Sərkisyan müdafiə nazirinə Azərbaycan mövqelərini intensiv atəş altında saxlamaq haqqında əmr ünvanlayıb. Ermənistan prezidentinin ardınca xarici işlər naziri Edvard Nalbəndyan bunları söylədi: "Mənaqişənin həlli aşağıdakı prinsiplərə əsaslanmalıdır. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tabeliyində ola bilməz, Dağlıq Qarabağın Ermənistanla sərhədi olmalıdır, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etmək hüququ tanınmalı və təhlükəsizliyinə zəmanət verilməlidir". Çox maraqlıdır, bu cür mövqelərdən sonra "tərəflər arasında yaxınlaşma var" fikirlərinə necə inanmaq olar? Deməli, bu günə kimi keçirilən danışıqların və müzakirələrin heç bir nəticəsi olmadığı kimi, həm də hansısa bir yaxınlaşmadan söhbət gedə bilməz. Ermənistan dünən də, bu gün də, elə sabah da "Dağlıq Qarabağın müstəqil olması" mövqeyindən çəkinməyib və çəkinməyəcək. Xarici işlər naziri Edvard Nalbəndyan səviyyəsində (əslində bu açıqlama Ermənistan dövlətinin mövqeyidir-red.) açıq-aşkar deyilənlərin ardınca həmsədrlərin növbəti görüşlərinə ümid bəsləmək, bu görüşlərdən nəticə hasil olacağına inanmaq sadəlövlükdən başqa nəsə deyil. Azərbaycanın yalnız bir yolu qalır. O da hərb yoludur. Bu xalq silah gücünə torpaqlarını işğalçı Ermənistan ordusundan azad etməli, beləliklə ünvanına söylənmiş "məğlub xalq" rüsvayçılığından qurtulmalı, kimliyini sübuta yetirməli, şərəfli bir tarixə imza atmalıdır. xxx Neftlə zəngin olan bir ölkədə-Azərbaycanda insanların tam əksəriyyəti çox çətin vəziyyətdə yaşayır. Onların isə yarıdan çoxu səfalət içərisində həyat sürürlər. Əminliklə deyə bilərəm ki, həmin insanlar arasında bütün təbəqədən olanlar var. Yəni elə ziyalı var ki, bu gün aldığı əməkhaqqı nəinki onun gündəlik tələabatını, hətta yol xərcini belə ödəmir. Reallıq bundan ibarətdir ki, bu gün hər kəs ailəsini dolandırmaq üçün bir yol seçir. Məsələn, məvacibi az olan ziyalı ailəsinin yanında üzüqara olmamaqdan ötrü qul bazarına üz tutur, ən ağır işlərdə belə işləyir. Müharibə zamanı əlil olanlar isə... Mal tövləsində yaşayan ikinci qrup Qarabağ əlili Əsəd Faxrətov belə hayat şəraitindən bezdiyi üçün məcburiyyət qarşısında qalaraq, hər iki böyrəyini satmaq fikrinə düşüb. Onun sözlərinə görə, dəfələrlə müvafiq orqanlara müraciət etsə də, evlə təmin olunmayıb. Özü də təkcə özü deyil, eyni zamanda ailə üzvləri də böyrəklərini satışa çıxarıblar: "Həyat naminə ailəvi olaraq böyrəklərimizi satmağa məcburuq. Mən dilənçi vəziyyətində yaşamaq üçün vuruşmamışam". Bir müddət əvvəl isə Qarabağ veteranı, ikinci qrup əlil Bəkir Bayramov Azərbaycan vətəndaşlığından imtina etdiyini bildirərək səbəbini belə açıqlayıb: "Mən 1993-cü ildən məcburi köçkünlük həyatı yaşayıram. Vətən torpaqları uğrunda gedən döyüşlərdən birində yaralanıb ikinci qrup əlil olmuşam. Ailəmin sosial vəziyyəti acınacaqlıdır. Eyni zamanda himayəmdə 2 azyaşlı uşaq var. Həyat yoldaşım ağır xəstəliyilə bağlı işləmir. Bəzi məmurların özbaşınalığı üzündən dövlətin mənə verdiyi imtiyazları ala bilmirəm. Məsələn, mənə verilən OKA markalı avtomobil üçün 700 dollar rüşvət istəyirlər. Bu rüşvəti verməyə isə mənim imkanım yoxdur. Mütəmadi olaraq bu barədə aidiyyatı orqanlara müraiət etsəm də, nəticəsiz qalıb. Mən sağlamlığımı vətən yolunda qoyaraq, əlil olmuşam ki, bu gün imtiyazarımı almaq üçün kimlərəsə rüşvət verim? Məhz buna görə də Azərbaycan vətəndaşlığından imtina edirəm". Dəfələrlə belə vəziyyət yaranıb. Sadəcə, böyrəklərini satışa çıxarmaq, Azərbaycan vətəndaşlığından imtina etmək artıq son hədd və biabırçılıqdır ki, bunun da şahidi olduq. Qarabağ əlilinə göstərilən münasibətə bir diqqət yetirin. O dəfələrlə müvafiq orqanlara evlə təmin olunmağıyla bağlı müraciət etsə də, nəticəsi olmur və məcburiyyət qarşısında qalaraq böyrəklərini satışa çıxarır. Bu işdə onu ailə üzvləri tək qoymurlar, onlar da böyrəklərini satmağı qərara alırlar. Qarabağ əlilindən rüşvət tələb olunur ki, əvəzində maşın və ev verilsin. Halbuki bütün bunlar onların haqqıdır. Hər bir məsələyə rüşvət prizmasından baxan və bununla da Azərbaycan vətəndaşının mənəviyyatını korlayan məmurlar, heç olmasa əlinizi açıb əlildən rüşvət istəməyin. Yaxud Azərbaycanın az qala bütün bölgələrində saysız-hesabsız evləri olan bəzi vəzifə sahibləri, bəlkə Qarabağ əlilinin mal tövləsində yaşamasından xəcalət çəkib, ona da haqqı olduğunu-evini verəsiniz ki, bundan sonra ömrünün qalan hissəsini şikəst yaşamaqdan vaz keçsin. Axı onlar sizlərin və bizlərin yolunda sağlamlıqlarını itirib, əlil olublar. Siz əlillərin haqqını verməməklə, onları zəlil gününə salmaqla və öz çirkin siyasətinizlə bu insanları Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətinə gətirməklə, əməllərinizlə onları böyrəklərini satmağa təhrik etməklə həm də pis bir ənənənin başlanğıcını qoyursunuz. Sabah əgər müharibə yoluyla torpaqların alınması məsələsi gündəmə gələrsə, o zaman əlilə hörmətsizliyi görən Azərbaycan vətəndaşı tərəddüd keçirəcək. Yəni, fikirləşəcək ki, vətəni düşməndən azad etməyə gedirəmsə görəsən ailəm maddi cəhətdən təmin olunacaqmı? Yaxud, fikirləşəcək ki, əgər əlil olaramsa, o zaman bu günün əlilinə göstərilən "qayğı" mənə də göstərilməyəcək ki? Məncə düşünməyə dəyər. xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var