Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
İranda hökumət subsidiyalı çörək satışına kvota tətbiq etməyə başlayıb
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
Şimal qonşumuz Qarabağ konfliktinin dondurulmuş vəziyyətdə, "Domokl qılıncı" kimi ermənilərin də başı üzərində qalmasını istəyir Ötən gün Kremldə erməni həmkarı Serj Sərkisyanla görüşən Rusiya prezidenti Dimitri Medvedyev iki ölkə arasında geniş əhatəli məsələlərin müzakirə olunduğunu söyləyib və Moskva-İrəvan münasibətlərini müttəfiqlik kimi qiymətləndirib. Keçirilən mətbuat konfransında Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsindən də danışıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi çözümə malik olmadığına əmindir, konflikt Minsk qrupunun vasitəçiliylə, beynəlxalq hüquq əsasında, Azərbaycanla Ermənistan arasında güzəştlərlə həll olunmalıdır. Hər iki prezident münaqişə məsələsinin öz aralarında apardıqları danışıqlarda "aparıcı mövzu" olduğunu dilə gətiriblər. Ramiz Mikayıloğlu O da diqqət çəkib ki, Serj Sərkisyan bundan əvvəl Moskvada erməni diasporunun inümayəndələri qarşısında çıxışı zamanı bəyanlayıb ki, Dağlıq Qarabağ müstəqil olmalı və statusda bundan başqa bir şey nəzərdə tutulmamalıdır. Ancaq Kremldə Ermənistan prezidenti sərt bəyanatlardan yayınıb, daha çox Moskvayla İrəvan arasında hərbi-texniki əməkdaşlıqdan danışıb. Medvedyev də ehtiyatlı davranıb və ona yönələn sualların əksəriyyətini xarici işlər naziri Sergey Lavrova istiqamətləndirib. Erməni jurnalistin Bakıdan səslənən "müharibə bəyanatları" barədə sualına cavabda Sergey Lavrov deyib ki, o, Azərbaycan rəhbərliyinin belə çağrışlarını eşitməyib. Rusiyanın xarici işlər naziri əmindir ki, gələn ilin ilk ayından münaqişənin nizamlanması üzrə səylər davam etdiriləcək. Rusiya mətbuatı Serj Sərkisyanın səfərinin gündəliyindəki yenilikləri göstərərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə sülhməramlı qüvvələrin yaradılması məsələsini də xüsusi qeyd edib. KTMT-də sədrlik bu yaxınlarda Ermənistana keçəcək, sentyabrda isə Ermənistanda geniş miqyaslı hərbi təlimlər başlayacaq. Onu da deyək ki, səfərin sonunda birgə bəyanat imzalanıb. Sənəddə yazılır ki, tərəflər qarşılıqlı hərbi-siyasi əməkdaşlığı inkişaf etdirəcəklər. Görüşdə hər iki ölkə prezidentinin davranışları, səslənən bəyanatlar, imzalanan sənədlər müəyyən qənaətə gəlməyə əsas verir. Dağlıq Qarabağ münaqişəsinin görüşdə əsas müzakirə mövzusu olduğu halda Dmitri Medvedyevin "müharibə çözüm variantı deyil" ifadəsini dilə gətirməsi, KTMT çərçivəsində birgə sülhmaramlı qüvvələrin yaradılması, sentyabrda Ermənistanda KTMT-nin geniş miqyaslı hərbi təlimlərinin keçiriləcəyinin bəyanlanması iki məqsədə hesablana bilər. Birincisi, söhbət hərbi qüdrəti artan və öz torpaqlarını hərbi yolla azad edəcəyini son zamanlar daha tez-tez bəyanlayan Bakıya mesaj verilməsindən gedir. Daha çox isə Rusiya bununla ermənilərə onları Azərbaycandan qoruyacağına inandırmağa çalışır. Rusiya prezidentinin, xarici işlər nazirinin Azərbaycanla bağlı ehtiyatlı davranış sərgiləməsi də bu bəyanat və davranışların daha çox ikinci məqsədə yönəldiyini təsdiqləyir. Sergey Lavrovun "gələn ilin ilk ayından münaqişənin nizamlanması üzrə səylər davam etdiriləcək" sözlərini dilə gətirməsi isə göstərir ki, Moskva zamanı mümkün qədər uzatmağı daha məqbul sayır. Bu halda regionda rolu və əhəmiyyəti günü-gündən daha da artan Azərbaycanla münasibətləri qaydasında saxlamaq daha asandır. Payızda Azərbaycanda prezident seçkilərinin keçirilməsi ATƏT-in Minsk qrupunda həmsədrlərdən biri olan Rusiyanın manevr imkanlarını artırır. Rusiyanın Ermənistanın üzərində belə əsməsi isə səbəbsiz deyil. Ermənistanın itirilməsi faktiki Rusiya üçün Cənubi Qafqazın itirilməsi demək olardı. Bunu rus politoloqları da etiraf edirlər. Ona görə də şimal qonşumuz Qarabağ konfliktinin dondurulmuş vəziyyətdə Ermənistanın da başı üzərində bir "Domokl qılıncı" kimi daim qalmasını və ermənilərin onların dəstəyinə ehtiyacı olmasını məqsədəuyğun hesab edir. Məsələn, Rusiya Xarici İşlər Nazirliyi yanında Moskva Beynəlxalq Münasibətlər Dövlət İnstitutunun Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Zaxarov deyib ki, əgər Rusiya Ermənistandan gedərsə, bir daha Cənubi Qafqaza qayıda bilməyəcək. Vladimir Zaxarov ermənilərin rusların onlara tarixən etdikləri "yaxşılıqları" yaddan çıxarmayacaqlarını və buna görə heç vaxt Moskvadan üz döndərməyəcəkləri barədə düşünənləri də sadəlöv sayır: "Rusiyada bəzi siyasətçilər sadəlövcəsinə fikirləşirlər ki, onları xilas etdiyimizə görə ermənilər həmişə bizim sadiq dostumuz və yoldaşlarımız olaraq qalacaqlar. Ancaq Ermənistanda tarixi faktları çoxları unudub. Ermənistanda ABŞ aktiv işləyir. Orada çoxları düşünürlər ki, Ermənistan məqsədyönlü şəkildə Qarabağ münaqişəsinə cəlb olunub və nəticədə Ermənistanın vəsaitləri Rusiyaya axır...". xalqcebhesi
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
Səhənd stadion "Traktor"a verilir
İran buna görə bizə kiberhücum etdi- Baro
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
İranın su anbarları rejimin yeraltı raket şəbəkəsinə xidmət etmiş ola bilər
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
ABŞ kəşfiyyatı İranın Vaşinqtonda “çirkli bomba” hücumu planlaşdıra biləcəyini ehtimal edir – CNN
İranda 84 qadın yaxınları tərəfindən öldürülüb