İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
"ABŞ Azərbaycan, Qazaxıstan və Türkmənistanın dəstəyilə Rusiyanın enerji daşıyıcılarının daşınmasına nəzarətini aradan qaldırmağa çalışır" İyulda Bakıda Azərbaycan və ABŞ arasında növbəti təhlükəsizlik məsləhətləşmələri keçiriləcək. Belə bir tədbir bir il əvvəl də, yüksək vəzifəli şəxslərin və müxtəlif qurumların, güc strukturlarının təmsilçilərinin iştirakıyla keçən ilin iyul ayının əvvəlində və sonunda Bakıda və Vaşinqtonda təşkil olunmuşdu. Bu məsləhətləşmələrdən sonra ABŞ-ın Ticarət və İnkişaf Agentliyi ilə ARDNŞ arasında "Trans-Xəzər" qaz və neft kəmərlərinin çəkilişiylə bağlı qrant layihəsinin imzalanması da diqqət çəkmişdi. Ramiz Mikayıloğlu Həm də qısa fasiləylə Rusiya da Azərbaycanla təhlükəsizlik məsləhətləşmələrə başlamış, xarici işlər nazirinin müavini səviyyəsində nümayəndə heyəti Azərbaycana gəlmişdi. ABŞ səfiri Ann Dersi gözlənən məsləhətləşmələrlə bağlı müzakirələrdə müdafiə sahəsində geniş çeşidli məsələlərə toxunulacağını və Azərbaycanın NATO-ya üzvlüyü də müzakirə olunacağını söyləyib. Onun sözlərinə görə, Avroatlantik məkan, xüsusilə NATO, sadə hərbi ittifaq olmaqla yanaşı, daha böyük məzmun daşıyır. Alyans demokratiya, fərdlərin azadlığı və digər dəyərləri paylaşan oxşar fikirli dövlətlərin birliyidir. Səfir qeyd edib ki, azad media seçkiqabağı kampaniyalarda iştirak edən bütün namizədlərə özlərinin platformalarını təqdimetmə və müzakirələr aparmaq üçün imkan yaradır. Məlumatın obyektiv şəkildə insanlara təqdim olunmasında böyük məsuliyyət daşıyan azad media nə hökumətin, nə də ki, hansısa siyasətçinin və ya partiyanın əlində olmamalıdır. Bu seçimi təmin etmək üçün bütün demokratik dövlətlər təmsilçilərin və namizədlərin qeydiyyatına, siyasi kampaniyaların normal keçirilməsinə, səsvermə prosedurlarına, səslərin toplanmasına dair beynəlxalq standartlara riayət etməlidir. Azərbaycanın müstəqil, müasir, demokratik ölkə kimi inkişaf etdiyini deyən səfir bildirib ki, Azərbaycan həm ABŞ-ın, həm də Avroatlantik icmanın güclü tərəfdaşı olacaq: "Oktyabrda keçiriləcək prezident seçkiləri Azəröbaycana demokratik təcrübələrin, təsisatların və bölüşdüyümüz dəyərlərin inkişafı baxımından möhtəşəm bir imkan yaradır. Son nəticədə seçkilərin keçirilməsi və ümumiyyətlə, Azərbaycanda cərəyan edən bütün demokratik proseslər nə ABŞ-dan, nə də digər dövlət və ya təşkilatdan asılı deyil. Bunlar hamısı yalnız Azərbaycan xalqından asılı olan məsələlərdir. Yalnız sizin vətəndaşlar özlərinin azadlığa dair danılmaz hüququnu tələb edib, ondan istifadə edə bilər. ABŞ və NATO azərbaycanlılara, bütün demokratik dövlətlərin vətəndaşlarına əziz olan demokratik dəyərləri dəstəkləməyə və qorumağa hazırdır". Bəs "Nabucco"və "Trans-Xəzər" qaz kəməri layihələri ətrafında diplomatik səylərin aktivləşdiyi, nüvə proqramını dayandırmaq istəməyən İrana qarşı Qərbin sanksiyalarının sərtləşdiyi bir dönəmdə ABŞ-Azərbaycan məsləhətləşmələrinin gündəmində əsas yeri nələr tutacaq? Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Zərdüşt Əlizadə dedi ki, ABŞ demokratiyadan daha çox öz siyasi, maraqlarını əsas götürür: "Məsləhətləşmələrdə əsasən neft və qaz sərvətləri, onların daşınma yolları, bu sərvətlərin daşınması zamanı ABŞ-ın qlobal maraqlarının nəzərə alınması, Vaşinqtonun İrana qarşı yürütdüyü siyasətdə Azərbaycanın rolunun müəyyənləşməsi məsələləri müzakirə ediləcək. Mediaa açıqlamada isə deyəcəklər ki, söz azadlığı, demokratiya, seçkilərin şəffaf şəkildə keçirilməsi diqqət mərkəzində olub". Politoloq dedi ki, "Nabucco" və "Trans-Xəzər" layihələri ABŞ-ın qlobal enerji siyasətinin ünsürlərindəndir. Vaşinqton çalışır ki, neft-qaz sərvətləri Rusiyanın ərazisindən yan keçsin və Moskvanın nəzarət imkanları itsin. Rusiya da ciddi-cəhdlə bunun əksini həyata keçirməyə çalışır: "Qazaxıstan, Azərbaycan və Türkmənistanın rolu artır. Ona görə də ABŞ diplomatiyası bu dövlətlərlə fəal şəkildə işləməyə və Azərbaycan, Qazaxıstan və Türkmənistanın dəstəyilə Rusiyanın enerji daşıyıcılarının daşınmasına nəzarətini aradan qaldırmağa çalışır. Digər tərəfdən, ABŞ əlbəttə ki, Azərbaycanın NATO-ya üzv olmasını istəyir. NATO təhlükəsizlik üçündürsə, hələ ki, Azərbaycan xalqı üçün heç bir töhvə verməyib". Azərbaycanın təhlükəsizlik məsləhətləşmələrindən gözləntisinə, yaxud bu məsləhətləşmələrdə qabartmalı olduğu məsələyə gəlincə, Zərdüşt Əlizadə bizə təhlükənin Ermənistandan gəldiyini söylədi: "Ermənistan torpaqlarımızı işğal edib, insanlarımızı yurd-yuvalarından qovub. NATO və ABŞ Qarabağ müharibəsində hansı mövqeyi tutur? Xoş sözlər heç nəyi həll etmir. Hadisələrə diqqət yetirsək, görərik ki, "Azadlığı Müdafiə Aktı"na görə ABŞ bu illərdə Ermənistana 1 milyard dollardan çox vəsait, Rusiya da Ermənistana 1 milyard dollarlıq silah verib. İndi sual edirəm. Ermənistana dəstək məsələsində ABŞ-la Rusiyanın mövqeyi arasında fərq varmı? BMT-də ərazi bütövlüyümüzlə bağlı son səsvermə zamanı ABŞ da, Rusiya da əleyhimizə çıxdı. NATO-ya inteqrasiyanın, üzvlüyün zəruriliyindən danışılırsa, Qarabağ məsələmizin həll edilməsində NATO-nun aparıcı üzvləri olan ABŞ, Fransa hansı mövqedədirlər? Amma biz NATO-ya üzv olsaq, kimlərlə münasibətlərimizi pisləşdirəcəyik? Şimal qonşumuz Rusiya və cənub qonşumuz İranla münasibətlərimizi pisləşdirəcəyik. Məsləhətləşmələrdə Azərbaycanın NATO-ya üzvlüyünün zəruriliyindən danışılacaqsa, bu məqam da qabardılmalıdır". xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var