İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
Ağasəlim Mircavadov («Xəzər-Lənkəran» klubunun Baş məşqçisi): - Ürəyimiz Türkiyə ilədir! Çox istəyərik ki, məhz Türkiyə millisi udub finala çıxsın. Yaddan çıxarmaq lazım deyil ki, bu komandanın zədəliləri və qırmızı-sarı kart alanları çoxdur, bu fonda da Almaniya komandası həddən artıq güclü görünür. Amma ümidi üzmürəm və inanıram ki, Türkiyə millisi qalib gələcək. Hesab deməyə çətinlik çəkirəm. Təki qələbə olsun! Faiq Sucəddinov (bəstəkar): - Türkiyə futbolçuları fantastik və gözlənilməz dərəcədə oyun göstərirlər. Mən özüm bu yaxınlarda Türkiyədə olanda milli komandanın Fatih Terimin rəhbərliyi altında məşqlərini canlı izləmişəm. Onların indiki çempionatdakı oyunu 1941-45-ci il müharibəsini xatırladır. Əvvəl almanlar güclü başlasalar da, SSRİ-nin qələbəsinə şanslar az olsa da, sonda Sovet ordusu coşdu və qalib gəldi. İndi türklər də belə oynayır. Mən bugün gözəl futbola azarkeşlik edəcəm. Amma açığını desəm, matçın 2-1, Almaniya yığmasının xeyrinə başa çatacağını zənn edirəm. Oqtay Mirqasımov (kinorejissor): - Mən o qədər də futbol həvəskarı və mütəxəssisi deyiləm. Amma Türkiyənin istər milli yığma komandasına, istərsə də ayrı klubuna həmişə azarkeşlik edirəm, çünki bu, mənim üçün prinsipial və doğma məsələdir. Ümumiyyətlə, türk dünüyasında olan bütün məsələlərdə mən İttifaqın arzusundayam. Ona görə də, təbii ki, böyük həyəcanla gözləyirəm bu oyunu və çox arzu edirəm ki, Türkiyə millisi qalib gəlsin. Qalan işlər Allahın əlindədir. Mən heç bir hesab deyə bilmərəm. Nə özümü, nə də kimisə çaşdırmaq istəmirəm. Əsas odur ki, qələbə olsun, hesabın fərqi yoxdur! Fidan Qasımova (müğənni): - Siz hədəfi düzgün seçmisiniz – mən məhz bu Çempionatı oğlumla birlikdə çox diqqətlə izləyirəm, ona görə də dəqiq bilirəm hansı komandalar güclüdür, hansılar isə əksinə, zəif. Almaniya komandası yüksək səviyyədə hazırlaşıb bu çempionata. Amma Türkiyə udmalıdır. Türkiyəli futbolçular özlərini qələbəyə kökləyiblər, çox emosionaldılar. Almanlar da pis deyil, onlar özlərinə məxsus soyuqqanlılıqla oyunları başa vururlar. Bu səbəbdən də hesab edirəm ki, bugünki oyun emosiyalarla soyuqqanlılıq matçı olacaq. Ürəkdən Türkiyə komandasının qələbəsini arzulayıram, onlar mənə daha yaxındır. 2-1 hesabı ilə matç Türkiyə millisinin xeyrinə başa çatacaq. Asif Bağırov (idman şərhçisi): - Türkiyə artıq öz işini görüb. Mən inanıram ki, bu axşam Türkiyə yığmasına daha çox alqışlar olacaq. Onlar məğlub olsalar belə, Vətənlərində qəhrəman kimi qarşılanacaqlar. Məhz bu cəhətdən bugünki oyunda psixoloji üstünlük türklərin tərəfində olacaq, çünki itiriləsi heç nə yoxdur. Almanlarda isə əksinə – onlar Türkiyənin çox zəif heyətilə bacarmasalar, bu, bundestim üçün biabırçılıq olacaq. Fikrimcə, oyun 2-1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatacaq. Rəşad Sadıxov (futbolçu): - Türkiyəyə azarkeşlik etsəm də, fikrimcə, bugünki oyunda Almaniya millisi qalib gələcək. 1-0 hesabı ilə. Elmar Məmmədyarov (Azərbaycanın Xarici İşlər naziri): - Mən sözsüz ki, bu gün Türkiyə milli komandasına azarkeşlik edəcəm. Onlar son iki matçda gözəl oyun nümayiş etdiriblər. Çox istəyirəm ki, qardaş Türkiyənin milli yığması qalib gəlsin. Onlara uğurlar! Mir Şahin (jurnalist, ANS Şirkətlər Qrupunun vitse-prezidenti): - Mən çox istəyirəm ki, Türkiyə milli yığması bu gün udsun, amma qələbəni Almaniya qazanacaq. Türkiyə, heyətinə görə, çox zəifdir (zədələnənlər, sarı və qırmızı kart almış oyunçularına görə). Dəqiq proqnoz verə bilmərəm oyun hansı hesabla bitəcək, amma güman edirəm ki, bu, 0-2, 1-3, yaxud 2-4 Almaniyanın xeyrinə olacaq. Natiq Əliyev (Yanacaq Energetika naziri): - Qeyd etmək istəyirəm ki, mən özüm indi Almaniyadayam. Mənim üçün də çox maraqlıdır bu gün almaniyalı azarkeşlərin emosiyalarını, onların reaksiyasını kənardan izləmək. Mən özüm, sözsüz ki, Türkiyəiyə azarkeşlik edəcəm. Amma məsələyə obyektiv yanaşsaq, qeyd etmək lazımdır ki, almanlar taktikalı, peşəkar və dinamik oyun nümayiş etdirirlər. İndiyə qədər uğur Türkiyə millisinin tərəfində olub və arzulayıram ki, bu, sonadək belə olsun. Mən onlara qələbə arzulayıram. Hesab isə, istəyirəm, 2-1 olsun. Əlbəttə, Türkiyənin xeyrinə! Əliağa Hüseynov (Respublikanın Baş komissarı): - Əlbəttə, istəyərdim ki, öz qanımdan, dilimdən olan Türkiyə qələbə çalsın və finalda da onlar birinci yerə çıxsınlar. Düşünürəm ki, bugünki oyun çox çətin olacaq. Təxminən 1-0 hesabı ilə başa çatacaq. Sözsüz ki, türklərin xeyrinə! Onlara uğurlar! Azad Rəhimov (Gənclər və İdman naziri): - Turklər xüsusilə son oyunlarda mocüzə nümayiş etdirdilər. Sözsüz ki, mən Türkiyə Milli Komandasına azarkeşlik edəcəm və bu axşam oyunu diqqətlə izləyəcəm. Amma unutmaq lazım deyil ki, rəqib çox güclüdür. Almaniya komandası dəqiq taktikadan istifadə edir, soyuqqanlı dinamik oyun göstərir. Buna baxmayaraq, mən Türkiyə yığmasının bu dəfə də qələbə qazanmasını və final mərhələyə çıxmasını arzulayıram! Hesaba gəlincə... çətinlik çəkirəm nəsə deməyə... Əlbəttə arzulayıram ki, Tükiyə millisi bizi sevindirsin! Novruz Məmmədov (Prezident Aparatı Beynəlxalq Əlaqələr şöbəsinin müdiri): - Mən bu axşam Türkiyə millisinə azarkeşlik edəcəm. Zənnimcə, oyun 2-1 hesabı ilə Türkiyənin xeyrinə başa çatacaq. Çingiz Abullayev (yazıçı): - Bilirsiniz, mən azəri türkü kimi sevinirəm Türkiyə komandasının uğurunua, möcüzəyə, onların iradəsinə. Amma məni tanıyan adamlar, qohumlar, tanışlar bilirlər ki, mən həmişə almanlara azarkeşlik etmişəm. Bu dəfə, görünür, ürəyim iki yerə parçalanacaq. Amma həqiqəti istəyirəm deyim – nə qədər istəsəm ki, də türklər udsun, qələbəni 2-0 hesabı ilə almanlar qazanacaq. Bəhram Bağırzadə: - Türkiyə millisinin sağ əli futbolçularımızın, Semihin isə sol ayağı bizim topun başına olsun! İstəyirəm türk arkadaşlarımız Almaniyaya qalib gəlsin! Yada salsınlar ki, onlar böyük Türk elindən Avropaya gediblər və oranı fəth etməlidilər. Əminəm ki, 2-1 hesabı ilə Türkiyə yığması qalib gələcək və finalda Rusiya ilə görüşəcək! Aytən Səfərova /ANS PRESS/
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var