İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
Qüdrət Həsənquliyev: "Tək elə bir işə- rus ordusunu Azərbaycan ərazisindən çıxardığına görə Əbülfəz Elçibəyin yubileyi dövlət səviyyəsində də qeyd oluna bilərdi" Milli Məclisin iyunun 24-də keçirilən iclasında cari məsələlər üçün ayrılmış vaxtda millət vəkillərinin çıxışlarının əksəriyyəti Azərbaycan Parlamentinin 90 illik yubileyilə bağlı tədbirlərin keçirilməsinə həsr olundu. Millət vəkili Cəmil Həsənli parlamentin 90 illiyinin yüksək səviyyədə qeyd olunmasına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. Onun fikrincə, bu, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiaqəmətində mühüm addımdır. Ramiz Mikayıloğlu Keçən həftə Mətbuat Şurasının üzvü seçilmiş Cəmil Həsənli həbsdəki 3 jurnalistin azadlığa buraxılması üçün spikerin deputatların xahişini prezidentə çatdırmasını istədi. Parlamentin 90 illiyilə bağlı tədbirin yüksək səviyyədə keçirilməsindən razı qalan BQP sədri Fazil Qəzənfəroğlunu narazı salan məqamlar da olub. Bu da Milli Məclisin nəşr etdirdiyi kitabçada müstəqilliyin ilk illərində, 1995-ci ilə qədər fəaliyyət göstərmiş qanunverici orqanla bağlı hər hansı məlumatın yer almamasıyla əlaqədardır: "Azərbaycanın müstəqilliyinə səs verən şəxslər tədbirə dəvət olunsaydı, daha yaxşı olardı". "Sağlığımızda təhrifə yol verirlər" VHP sədri Sabir Rüstəmxanlı da 90 illik yubleyin yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirdi: "Ancaq Milli Məclisin nəşrində parlamentin 1990-95-ci illərdəki fəaliyyəti faktiki qeyri-legitim sayılır. Bu parlament müstəqilliyimizlə bağlı Konstitusiya aktını qəbul edib. Belə çıxır ki, o qərar da qeyri-legitimir. Bu, bizim yaxın tariximizdir. Müstəqillik aktına imza atanlardan biri də mənəm. Sağlığımızda təhrifə yol verirlər. Onu da deyim ki, Heydər Əliyev də həmin parlamentin sədri olub". Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli də hakimiyyətin 1918-20-ci illərdəki irsimizə sahib durmasını müsbət qiymətləndirdi. Millət vəkili daha sonra deputat köməkçilərinin işləməsi üçün yer olmamasından şikayətləndi. Rayon icra hakimiyyətləri və Əmlak Komitəsi də məsələni həll etmək istəmir: "Deputat köməkçiləri institutu yaradılıb, onların işləməsi üçün seminarlar keçirilir. Amma köməkçilərin harada işləməsi bəlli deyil. Bu deputat köməkçiləri harada oturmalıdırlar? Yer yoxdur. İcra Hakimiyyətinə müraciət edirik, deyirlər ki, bizlik deyil. Əmlak Komitəsi də həmçinin. Nə zaman bununla bağlı tədbir görüləcək?". Spiker Oqtay Əsədov rayonlarda deputatlar üçün yerlərin tikilməsinin planlaşdırıldığını söylədi. "Milli Məclisin növbədənkənar sessiyaları keçirilsin" Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin 70 illik yubileyilə bağlı Elçibəysevərləri və xalqımızı təbrik etdi. Pənah Hüseyn düşünür ki, Milli Məclisin növbədənkənar daha bir neçə sessiyanın keçirilməsilə bağlı qərar qəbul etməsi lazımdır: "Bir çox mühüm qanun layihələri qalıb. Məsələn, Təhsil Nazirliyinin orta məktəblərdə keçirdiyi mərkəzləşdirilmiş buraxılış imtahanları ətrafında yaşananlar "Təhsil haqqında" qanunun qəbulunun zəruriliyini bir daha göstərdi". Oqtay Əsədov dedi ki, parlamentin 90 illik yubileyilə əlaqədar tədbirlər prezidentin tövsiyəsinə uyğun keçirilib: "Milli Məclisin 1992-93-cü illərdəki fəaliyyətinin nəşrə salınmadığını söylədiniz. Əgər biz parlamentin bütün tarixini yazsaq, gərək sovet dövrünə də toxunaydıq. Biz 1918-20-ci illəri və Milli Məclisin üç çağırışının tarixini yazmışıq". "Elçibəyin doğum günü münasibətiylə xalqımızı təbrik edirəm" BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirdi ki, Azərbaycanın təbliği baxımından parlamentin 90 illik yubileyilə bağlı tədbir çox önəmliydi: "Mən bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın müstəqilliyinin elan olunmasında müstəsna xidmətləri olmuş Əbülfəz Elçibəyin doğum günü münasibətiylə bütün Elçibəysevərləri və xalqımızı parlament tirbunasından təbrik edirəm. Hesab edirəm ki, tək elə bir işə-rus ordusunu Azərbaycan ərazisindən çıxardığına görə Əbülfəz bəyin yubileyi dövlət səviyyəsində də qeyd oluna bilərdi. Mən hələ başqa xidmətlərini sadalamıram". Millət vəkili Qüdrət Həsənquliyev bir məsələyə də toxundu: "Dünən Azərbaycan prezidenti Milli Məclis Aparatının bir qrup işçisini təltif edib. Mən bu münasibətlə həmin şəxsləri təbrik edirəm. İstərdim ki, Milli Məclis adından Azərbaycan Respublikası prezidentinə diqqətinə görə təşəkkürümüzü bildirək". BAXCP sədri iyunun 26-nın Silahlı Qüvvələr günü olduğunu və hərbi parad keçiriləcəyini söylədi: "Oqtay müəllim, mən bu münasibətlə sizi, Milli Məclis üzvlərini və xalqımızı təbrik edirəm. Həm də bilmək istərdim ki, biz də hərbi paradda iştirak edəcəyik, yoxsa yox. Bayram ərəfəsində söylədiklərim bunlar idi". Spiker BAXCP sədrinin sualını cavablandırdı: "Dəvət olunduğumuzu mən də bilmirəm. Səfər Əbiyev dəvət göndərəndə xəbərimiz olacaq". "Parlament Konqresə etirazını bildirsin" YAP icraçı katibinin müavini Siyavuş Novruzov keçən həftə ABŞ Konqresində Dağlıq Qarabağla bağlı keçirilən dinləmələrdən danışdı: "YAP bununla bağlı Konqresə etiraz bəyanatı göndərib. Parlamentin də mövqeyini bildirməsi yaxşı olardı. Dağlıq Qarabağla bağlı ABŞ da belə müzakirə aparılmamalıdır". O, Azərbaycanda "siyasi məhbus" anlayışından danışılmasını da düzgün saymır: "Kimin narazılığı varsa, Avropa Məhkəməsinə müraciət edə bilər". Siyavuş Novruzov qanunverici orqanın 1990-93-cü illərdəki fəaliyyətinə də münasibətini açıqladı: "Həmin dövrdə parlament fəaliyyət göstərib, müstəqillik haqqında akt da qəbul edib. Ancaq o, Milli Məclisdə bir nazirin o birisini döyməsi, siqaretdən burada nəfəs tutulması, ərazilərimizin işğalında da özünəməxsus mənfi rol oynaması da məlumdur. Gələcəkdə tarixi araşdırmalar aparılsa, kimin kim olduğu üzə çıxacaq. Bir də imkan olsa, 90 illik yubileylə bağlı Silahlı Qüvvələrimizə təbrik göndərək". Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. Millət vəkilləri Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında 2007-ci il noyabrın 14-də imzalanmış Maliyyə Protokolunun icra edilməsi məqsədiylə Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti adından çıxış edən Hatixis Banques Populaires arasında Kredit Müqaviləsinin təsdiq edilməsi haqqında" qanun layihəsini bəyəndilər. Qalmaqallı qanun layihəsi "Hərbi qulluqçuların statusu haqqında", "Dövlət qulluğu haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlarda dəyişikliklər isə geniş müzakirələrə səbəb oldu. Dəiyşikliklərin mahiyyəti penitensiar sistemdə çalışanlarla hərbi qulluqçuların əmək haqları arasındakı asılılığı aradan qaldırmaqla bağlıdır. Mövcud qanunvericiliyə görə, bu sistemlərin birində artım digərində də artımı şərtləndirir. Pənah Hüseynə görə, yaxşı olardı ki, hərbçilərə verilən ərzaq və mənzil pulu ən azı 2 dəfə artırılsın. Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış etdi (bax. səh 5). YAP icraçı katibinin müavini Siyavuş Novruzov da müxtəlif sahələrdə və eyni sahədə çalışanların əməkhaqları arasında yüksək fərqlərin olmasını anormal adlandırdı. Məsələn, icra başçısı 1800 manat, icra hakimiyyətində çalışan başqa bir şəxs isə 300 manat alır ki, bu da anormaldır. Amma o, dəyişikliklərin qəbuluna tərəfdar çıxdı. Bununla belə, Siyavuş Novruzov hərbçilərin mənzil və ərzaq təminatı məsələlərinə ciddi diqqət yetirilməsini istəyir: "2 uşaq atası olan hərbçini rayona ezam edirlər, kirayə pulu üçün 40 manat verirlər. Harada kirayə 40 manatdır?". Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakeı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə də bu qənaətdədir ki, bir sahənin əməkhaqqının o biri sahədən asılılığınqa son qoymaq lazımdır. Gərgin müzakirələrdən sonra sənəd səsverməyə çıxarıldı və qəbul edildi. Məhbəsdəkilər telefonla danışacaq, televizora baxacaq Millət vəkilləri Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələri müzakirə açmadan təsdiqlədilər. Cəzaların İcrası Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə əlavə və dəyişikliklər isə həbsdəkilər üçün bir sıra xoş məqamları nəzərdə tutur. Təklif olunur ki, ömürlük cəza çəkənlərin yaxınlarıyla telefonla danışmaların il ərzində 54 dəfəyə çatdırılsın və danışıq vaxtı da artırılsın. Ömürlük cəza çəkənlər peşə təhsili də ala biləcəklər. Məhbəsdəkilər televizordan istifadə etmək haqqına da yiyələnəcəklər. Eyni zamanda ay ərzində yaxınlarından 25 manat xərclik də ala bilərlər. Millət vəkilləri bunu insan haqlarının təminatına yönəlik ciddi addımlar kimi dəyərləndirdilər və sənəd qəbul olundu. Daha sonra bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olundu. Sənəd Azərbaycanda yaşayan əcnəbilərlə, onların ölkəmizdə daimi yaşayışı ilə bağlı məsələləri əhatə edir. Pənah Hüseyn Gürcüstandakı soydaşlarımıza, Rusiyada və digər MDB ölkələrində yaşayan vətəndaşlarımıza münasibətdə xüsusi istisnaların nəzərdə tutulmasını vacib saydı. BQP sədri Fazil Qəzənfəroğlu isə əcnəbilərin Azərbaycanda daimi yaşayışıyla bağlı qanunvericilikdə dəyişikliyi anlaşılmaz sayır: "Əcnəbilər nə vaxtsa ya geri qayıdır, ya da gəldikləri ölkənin vətəndaşı olurlar". Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini Rövşən Rzayev isə bildirdi ki, mövcud qanunvericiliyə görə, əcnəbilər Azərbaycanda 1 il müddətində yaşamaq üçün 4 dəfə icazə ala bilərlər: "5 ildən sonra isə onlar Azərbaycan vətəndaşlığı ala bilərlər". Sənəd qəbul edildi.
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var