SON XƏBƏRLƏR

Kanadada bir xiyabana “URMIA” adı verilib

2021.10.20, 07:36
Kanadada bir xiyabana “URMIA” adı verilib

Gunaz.tv

GünAz TV: Kanadanın Richmond Hill şəhərinin Bələdiyyə İdarəsi xiyabanlardan birinə “URMIA” adı verib.

 

Bələdiyyə İdarəsinin bu qərarı azərbaycanlı siyasətçi, tanınmış alim Dr. Rza Moridinin səyləri nəticəsində mümkün olub.

 

Dr. Rza Moridi Güney Azərbaycanın Urmiyə şəhərində doğulub. Uzun illərdir Kanadada yaşayan soydaşımız  2007-ci ildən Richmond Hill şəhərindən Ontario parlamentinə 4 dəfə deputat seçilib.

 

Azərbaycanlı siyasətçi parlamentdə çıxış edərək Urmu gölü böhranı və İranda 21 Fevral - Beynəlxalq Ana Dili Gününün rəsmi şəkildə tanınması məsələsini gündəmə gətirib.

 

Dr. Rza Mərdi bundan əvvəl Ontario Əyalətinin Tədqiqat və İnnovasiya naziri postunda da çalışıb.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar