İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
GünAz TV: ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev ANS telekanalına müsahibə vermişdir. Müsahibədə əksini tapan məsələlərin ictimaiyyət üçün maraq kəsb etdiyini nəzərə alaraq oxucuların diqqətinə çatdırırıq.
- Hörmətli Rövnəq müəllim, Siz bu günlərdə Türkiyənin İzmir şəhərində səfərdə olmusunuz. Orada Azərbaycan və Türkiyə arasında enerji sektorunda (bəxşində, sahəsində) ikitərəfli münasibətlərin genişlənməsi, habelə “Şahdəniz” layihəsinin işlənilməsinin ikinci mərhələsinin uğurla həyata keçirilməsi və Azərbaycan qazının Avropaya nəql edilməsi baxımından mühüm əhəmiyyət daşıyan hadisələr baş vermişdir. İlk növbədə Sizi və kollektivinizi bu münasibətlə təbrik edirik. Xahiş edərdik ki, Türkiyəyə son səfərinizin yekunları haqqında tamaşaçılarımıza ətraflı məlumat verəsiniz.
- R.Abdullayev: Çox sağ olun. Mən də şirkətimizin çoxminli kollektivi adından bütün xalqımızı təbrik edirəm. İzmirdə həqiqətən də müstəsna əhəmiyyətə malik əlamətdar hadisələr baş vermişdir. İlk öncə Azərbaycan Respublikasının (Cümhuriyyətinin) Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan “Petkim” Petrokimya Holdinqinin nəzdində inşa ediləcək “Star” neft emalı zavodunun (karxanə) təməlinin qoyulmasını qeyd etməliyəm. İldə 10 milyon ton neft emal etmək gücünə malik bu zavod SOCAR-TURGAS Rafineri Səhmdar Cəmiyyəti tərəfindən tikiləcəkdir. Zavodun 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur. Bu, hazırda Türkiyənin neft-kimya sektorunda, o cümlədən, “Petkim”-də neft məhsullarına olan ehtiyacın aradan qaldırılmasına kömək edəcək. Zavodda istehsal olunacaq 1,6 milyon tonluq nafta “Petkim”in daxili tələbatını ödəyəcək, dizel, reaktiv yanacaq və LPG kimi neft məhsulları isə Türkiyənin və ətraf ölkələrin bazarlarında reallaşdırılacaqdır. Zavodun tikintisinə təqribən 5 milyard ABŞ (Amerika Birləşmiş Ştatları) dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, son illər nəinki Türkiyədə, eləcə də bütün dünyada bir nöqtəyə yönəldilən ən böyük investisiya layihəsidir. İzmirdə biz Heydər Əliyev adına Peşə Təhsili Liseyinin (dəbiristan) təməlqoyma mərasimində də iştirak etdik. Sevinirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdəki çıxışında ARDNŞ-nin peşə təhsilinə yönəltdiyi layihələri yüksək qiymətləndirmişdir. İzmirdə eyni zamanda qaz ixracına dair 15 sənəd, o cümlədən hökumətlərarası Saziş, 2017-ci ildən başlayaraq “Şahdəniz-2” layihəsi üzrə hasil olunacaq qazın Türkiyəyə satışına dair Saziş, “Şahdəniz-2” layihəsi üzrə hasil olunacaq qazın 2017-2042-ci illərdə Türkiyə vasitəsi ilə, “BOTAŞ” şirkətinin nəqliyyat şəbəkəsindən istifadə etməklə nəqlinə dair Saziş və s. imzalandı. Qeyd etmək istəyirəm ki, bunlar Azərbaycan qazının Türkiyə və Yunanıstan sərhədlərinə, eyni zamanda Türkiyə və Bolqarıstan sərhədlərinə nəql olunması üçün zəruri olan sənədlərin tam paketini təşkil edir. Faktiki (əməli) olaraq Xəzər dənizi regionunu (bölgəni) Avropa ilə birləşdirəcək “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşməsi üçün bütün şərait yaranmışdır.
- Qeyd etdiyiniz sazişlərin mahiyyəti haqqında bir qədər ətraflı danışmağınızı xahiş edərdik.
- Bu sazişlər üzərində iş 5 ildən artıq davam etmişdir. Tərəflər qarşısında tamamilə yeni bir tranzit mexanizminin yaradılması ilə bağlı çox geniş əhatəli məsələlərin həll olunması vəzifəsi dururdu. Bu elə bir mexanizm olmalı idi ki, həm Türkiyə qaz nəqli şəbəkəsinin bütün mövcud istifadəçilərinin, həm də tranziti həyata keçirən ölkə kimi bizim maraqlarımıza uyğun olsun. Qeyd edim ki, indiyədək dünyanın heç bir yerində belə mürəkkəb və genişmiqyaslı layihə həyata keçirilməmişdir. Artıq bütün çətinliklər arxada qalmışdır. Biz artıq planlaşdırdığımız kimi, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün ən optimal (behinə) layihənin seçimi prosesini (sürəc, prusə) davam etdirə bilərik .
- Hazırda hansı layihələr nəzərdən keçirilir və seçimi nə vaxt başa çatdırmağı planlaşdırırsınız (tərhini tökürsünüz)?
- İndi artıq bütün tranzit şərtləri aydındır. Biz Azərbaycan qazının Avropaya nəql edilməsi istiqamətində bir neçə layihəni dəyərləndirmək imkanı qazanmışıq. Bunlardan biri İTGİ layihəsidir ki, qazın Yunanıstan vasitəsilə İtaliyaya və Balkan ökələrinə nəqlini nəzərdə tutur. Digər bir layihə - TAP (Transadriatik boru kəməri) layihəsi də eyni istiqamətdə nəzərdə tutulur. Və əlbəttə ki, NABUCCO layihəsini qeyd etmək lazımdır ki, bu da Balkan ölkələrindən Mərkəzi Avropaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. ”BP” şirkətinin təklif etdiyi 4-cü variant (seçənək) da maraq doğurur. Bu varianta əsasən, qaz Türkiyə ərazisindən Balkan ölkələrinə nəql ediləcək. Düşünürəm ki, seçim prosesini tezliklə, 2011-ci ilin sonu-2012-ci ilin əvvəllərində başa çatdıracağıq.
- Rövnəq müəllim, Siz yalnız “Şahdəniz” yatağından hasil olunacaq qazın nəqlini nəzərdə tutursunuz? Axı ARDNŞ-nin daxili imkanları hesabına kəşf olunmuş “Ümid”, “Total” və “GDF” ilə birgə açılmış “Abşeron” yataqları da mövcuddur.
- Bu, çox mühüm məsələdir. Çünki ARDNŞ gələcəkdə işlənəcək bütün layihələr üçün nəql məsələsini həll etməlidir. Bilirsiniz ki, indi Azərbaycanda böyük axtarış-kəşfiyyat işləri aparılır. Sizin adını çəkdiyiniz layihələrə mən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin laylarından çıxarılacaq qazı da əlavə etmək istərdim. Bu məsələ üzrə biz konsorsiumla danışıqlar aparırıq. Planlaşdırırıq ki, 2025-ci ilədək Azərbaycanda təxminən 50 milyard kubmetr (metr-i mükəəb) qaz hasil olunacaq. Bu həcmin əhəmiyyətli hissəsinin dünya bazarlarına çıxarılması üçün Türkiyə ilə birlikdə bu ölkənin ərazisindən keçəcək tamamilə yeni bir qaz kəmərinin inşası layihəsinin araşdırılması haqqında razılıq əldə edilmişdir. Bu, yeni bir kəmər olacaqdır və regionda qaz hasilatı həcmləri artıqca onun ötürücülük qabiliyyətini artırmaq mümkün olacaqdır. Bu layihə iki qardaş ölkə tərəfindən (xarici şirkətlərin dəvət edilməsi də mümkündür) həyata keçiriləcəkdir. Biz bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirik ki, 2017-ci ilin sonlarında – “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun. Düşünürəm ki, əgər Ulu öndər Heydər Əliyev “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında sazişi “20-ci əsrin sazişi” adlandırmışdısa, bu layihə 21-ci əsrin layihəsi olacaq və bu işin təşəbbüskarı - Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin adı ilə bağlı olacaqdır.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir