İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
GünAz TV: Ötən həftə İranın nüfuzlu İslam alimi Ayətullah Məkarim Şirazini rəsmi Bakının ünvanına sərt tənqidlər səsləndirrib.
"Mehr" agentliyinin məlumatına görə, O, Qum şəhərinin Əzəm Məscidində xaric dərsinə başlamazdan öncə etdiyi çıxışda (adətən bu zaman tələbələrin sualları cavablandırılır -K.) son zamanlar Azərbaycanda islamofobiyanın genişlənməsini tənqid edib: “Azərbaycan Respublikası (cümhuriyyəti) əhalisi demək olar ki, şiədir. Amma bir müddətdir ki, Azərbaycan Respublikası hökuməti məscidləri dağıdır və insanlara hücum edir” - deyə o, bildirib.
Bu hadisə ilə təxminən eyni zaman kəsiyində İranın dini mərkəzi Qum şəhərində əl-Mustafa Akademiyasında “Azərbaycan Respublikasında İslami Oyanışa Dayaq və Anti-islam Siyasətlərinin Məhkum Edilməsi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Qum Dini Hövzəsində təhsil alan İran, Azərbaycan və digər ölkələrdən olan tələbələr çıxış edərək, Azərbaycan Respublikasında islamofobiya siyasətinin olduğunu iddia edib, azərbaycanlıların bu istiqamətdə apardıqları mübarizəsini dəstəklədiklərini bildiriblər.
Konfransın sonunda qəbul olunan bəyanatda isə AİP (Azərbaycan İslam Partiyası) rəhbərlərinin və dindarların, Bakıda keçirilən aksiyalar (yürüşlər) zamanı həbs olunan şəxslərin azadlığa buraxılması tələb olunub. Bəyanatda qeyd olunur ki, “on aya yaxındır ki, dindarlar, xüsusilə tanınmış ruhanilər Azərbaycan Respublikasının həbsxanalarında hakim diktatorların əsiri olub. Onların yeganə günahı (əgər belə demək olarsa) hicabın, dini dəyərlərin müdafiəsidir”.
Qeyd edək ki, bu, İrandan Azərbaycana yönəlik ilk təhdid mesajı deyil. Daha əvvəl də bu kimi çağırışlar, hədə ifadələri səslənib. Bəzi müşahidəçilər bunu İran hakimiyyətinin Azərbaycanda siyasi stabilliyi (sabitliyi) pozmaq cəhdi kimi qiymətləndirir. İki gün öncə YAP (Yeni Azərbaycan Partiyası) sədrinin müavini, deputat (millət vəkili) Əli Əhmədov son hadisələrə münasibət bildirib. Ə.Əhmədov deyib ki, İranda belə bir konfransın təşkil olunması iki dövlət arasında qonşuluq münasibətlərinə uyğun gəlmir, münasibətlərə kölgə salır: “İran və Azərbaycan arasında qonşuluq münasibətləri elə bir səviyyədədir ki, bu ölkələrdən heç biri digərinin daxili işlərinə qarışmaq niyyətində olmamalıdır. Eyni zamanda bu işlərə qarışmaq kimi qiymətləndirilə biləcək hərəkətlər etməməlidirlər. Orada səsləndirilən bəzi fikirləri, təhdidləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmək olar. Bu da yolverilməzdir”.
İqtidaryönümlü deputat Zahid Oruc isə hesab edir ki, İran dövlətinin başlıca məqsədi Azərbaycan dövlətinin zəif olmasıdır. Deputatın fikrincə, İran hakimiyyəti həm də öz daxilində olan problemləri, xüsusilə də azərbaycanlıların milli-azadlıq mübarizəsinin qarşısını almaq üçün Azərbaycanın üzərinə bu şəkildə hücum edir.
Z.Oruca görə, İran Azərbaycanın xarici-iqtisadi siyasətini özünə təhlükə hesab edir: “Xəzər hövzəsində strateji mənzilli silahlarını yerləşdirir, dənizin digər çevrəsində azərbaycan əsilli insanları başqa ərazilərə köçürür ki, coğrafi uzantı şəklində xalqın birgələşməsi baş verməsin. İrandan hər il 40 ton narkotik (müxəddir maddələri) ixrac olunur və bunun vasitəsilə Azərbaycan gəncini zəhərləyirlər. Bunu həm də ona görə edirlər ki, İrandakı öz vətandaşlarına göstərsinlər ki, azadlığın aqibəti belə olur. İran Azərbaycanın cənub ərazilərində təbliğat aparır və buradakı insanları öz təsiri altına almağa çalışır. Gələcəkdə bundan separatçılıq vasitəsi kimi istifadə etmək istəyir”.
Z.Oruc deyir ki, İran din ixracı vasitəsilə öz siyasi sistemini Azərbaycana yayır. Deputatın fikrincə, İran Azərbaycandakı tolerant (xöşgörü) mühiti özünə təhlükə kimi görür: “Ötən dəfə İran ordu qərargah rəisi Azərbaycan haqqında təhdid dolu açıqlamalar vermişdi. Azərbaycandan gənclərin dini təhsil adı ilə İrana aparılması, ölkədə dini ədəbiyyatın yayılması və dini tədbirlərin maliyyələşdirilməsi kimi addımlar Azərbaycana təhdidin bir hissəsidir”.
Z.Orucun fikrincə, İran Azərbaycanda inanclı insanları öz tərəfinə çəkmək, guya ölkədə İslamafobiya olması ilə bağlı təbliğat aparıb özünün dini kəsimdən ibarət elektoratını yaratmaqdır: “Burada məqsəd gələcəkdə hakimiyyət uğurunda mübarizədə onlardan istifadə etməkdir”.
Deputatın müşahidəsinə görə, bu kimi addımlar Azərbaycanda xalq içində anti-İran ovqatını gücləndirib: “Söhbət hökumətdən getmir. Azərbaycan hökuməti çalışır ki, İranla normal münasibətlər davam eləsin. Amma xəlqi mənada İran Azərbaycan xalqını, eləcə də Cənubi Azərbaycandakı xalqı özünə qarşı qoyub”. Yeni müsavat
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir