Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
GünAz TV: Devrilmiş polkovnik (sərhəng) də Səddam Hüseyn kimi kanalizasiya borusunda (fazlab lüləsində) gizlənibmiş.
Dünya daha bir diktatorun sonuna şahidlik etdi. Liviyanı (Libini) 42 il dəmir yumruqla idarə edən, bu ilin fevralında (February) başlanan xalq üsyanı nəticəsində devrilməsinə baxmayaraq, gizləndiyi doğma şəhəri Siirtə sığınaraq, müxalifətə qarşı müqavimət göstərən Müəmmər Qəzzafi nəhayət, ötən gün elə doğulduğu şəhərdə də öldürüldü. Özü də Iraqın keçmiş diktatoru Səddam Hüseyn kimi kanalizasiya borusunda gizlənməyə çalışarkən... Xatırlayırsınızsa, Səddam Hüseyn də koalisiya (etilaf, müttəfiq) qüvvələrindən qaçaraq, kanalizasiya borusunda gizlənmişdi. Onun 12 yaşlı nəvəsi və 2 oğlu isə koalisiya qüvvələri ilə atışmada ölmüşdü.
“Tarakan” (susk, böcək) adlandırdığı üsyançılara yalvarırmış...
Liviyanın yeni hökumətinin rəsmisi Əbdül Məcid bildirib ki, Qəzzafi hər iki ayağından yaralı vəziyyətdə ələ keçirilib. Rəsmilər qeyd edib ki, hökumət qüvvələri Qəzzafinin gizləndiyi yerə yaxınlaşarkən 42 illik diktator “vurmayın, vurmayın”, - deyə yalvarmağa başlayıb.
Liviyalılar öldürülmüş diktatorun meyitini Siirt küçələrində sürüyüblər. Müvəqqəti hökumətin başçısı Mahmud Cibril keçirdiyi mətbuat konfrasında bildirib ki, Liviya xalqı bu anı uzun zamandır gözləyirdi: “Müəmmər Qəzzafi öldürülüb. Liviyanı 42 il dəmir yumruqla idarə edən Qəzzafinin cəsədi Misrata şəhərinə aparılıb”.
Qəzzafinin oğullarının biri məzara, o biri isə həbsə getdi
Liviyanın devrilmiş diktatoruyla yanaşı, onun oğlu Mütəəssim Qəzzafi də öldürülüb. “France Presse” agentliyinin (ajansının) yaydığı məlumata görə, Milli Keçid Şurasının nümayəndəsi onun cəsədinin tapıldığını bildirib. Qəzzafinin digər oğlu, onun varisi hesab edilən Seyfülislamın isə bir neçə gün əvvəl NATO-nun keçirdiyi hava əməliyyatı zamanı Beni-Vəlid şəhəri yaxınlığında öldürüldüyü barədə xəbər yayılsa da, dünən gecə saatlarında onun üsyançılar tərəfindən ələ keçirildiyi haqda məlumat açıqlandı.
42 illik rejimin müdafiə naziri və baş “çekist”i də (baş casus) öldürüldü
Bundan başqa, Qəzzafi qoşunlarının komandanı (fərmadnehi), devrilmiş rejimin müdafiə naziri Əbu-Bəkr Yunis Cəbr və kəşfiyyat qurumunun rəhbəri Abdulla Sanussinin də öldürüldüyü Liviyanın yeni hökuməti tərəfindən təsdiqlənib: “Keçmiş müdafiə nazirinin cəsədi əlimizdədir. Cəsədlər təcili yardım avtomobilində Misrataya göndərilib”.
Əvvəlcə ayağından yaralandı...
Dünən gün ərzində Müəmmər Qəzzafinin taleyi barədə ziddiyyətli xəbərlər yayıldı. Məlumatlarda deyilirdi ki, Siirt şəhərində döyüşlər zamanı devrilmiş diktatorun olduğu sığınacaq aşkarlanıb. Həmin yerin NATO və üsyançılar tərəfindən bombardman edilməsi nəticəsində Qəzzafi ayağından yaralanıb. Məlumatı Liviya Milli Keçid Şurasının təmsilçisi Əbdül Məcid də təsdiqləyib.
Despotizmin sonu, yeni dönəmin başlanğıcı
Devrilmiş diktatorun öldürülməsinə dünya liderləri münasibət bildirib. Avropa Birliyinin prezidenti Erman Van Rompuy Qəzzafinin ölümünü “despotizm çağının sonu” kimi qiymətləndirib.
Qəzzafinin ölüm xəbəri yayıldıqdan sonra Liviyanın müxtəlif bölgələrində küçələrə axışan insanlar sevinc mitinqi keçiriblər. Insanlar şüarlar səsləndirərək, Liviyada yeni dönəmin başlanmasını qeyd ediblər.
Diktatorun doğma şəhəri də üsyançıların əlinə keçib
Qəzzafi öldürülməmişdən əvvəl onun doğma şəhəri Siirt uğrunda şiddətli döyüşlər gedib. Liviya Milli Keçid Şurasının hərbi qüvvələri Siirt şəhərinə nəzarəti ələ keçirib. “Reuters” agentliyinin (ajansının) yaydığı xəbərə görə, Liviyanın devrilmiş diktatorunun doğulduğu şəhərdə son müqavimət qalası da məhv edilib. Keçid hökuməti qoşunlarının komandanı, polkovnik Yunus əl-Abdali deyib ki, artıq şəhərdə Müəmmər Qəzzafiyə sadiq qüvvələr qalmayıb: “Siirt azad olunub. Indi biz qaçmağa çalışanları taparaq, onların işini bitiririk”.
Bədəvi çadırından hakimiyyət dəhlizlərinə doğru
1942-ci ildə Siirt şəhəri yaxınlığında bir səhrada doğulan Müəmmər Qəzzafi Misir lideri və Ərəb millətçisi Camal Əbdül Nəsirin heyranı idi. 1956-cı ildə Süveyş böhranı zamanı Israil əleyhinə keçirilən aksiyaların (yürüşlərin) fəallarından biri idi. Qəzzafi hərbi litseydə (amuzeşqahda) oxuduğu zaman kralı (padşahı) devirmək planlarını (tərhlərini) nəzərdən keçirməyə başlayıb. Oxuma və yazması olmayan bir Bədəvi çobanın oğlu olan Müəmmər Qəzzafi 1969-cu ildə ölkənin ilk kralı birinci Idrisə qarşı digər leytenantlarla (sitvanlarla) birlikdə həyata keçirdiyi qansız hərbi çevriliş nəticəsində Liviyanın rəhbəri postuna əyləşib.
27 yaşlı gənc leytenant - krala qarşı qansız çevrilişin lideri
Həmin illərdə sadəcə, 27 yaşında olan Qəzzafi Liviya ordusundakı ən yüksək mövqe sayılan polkovnik rütbəsinə yüksəldildi. Bundan sonra ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı (fərmandehi) və Liviya dövlətinin lideri elan olundu. Hakimiyyətdə olduğu 42 il ərzində ölkəni dəmir yumruqla idarə edən Qəzzafi Qərb dövlətləri tərəfindən zamanın ən sərt diktatorlarından biri kimi qəbul olunmuşdu.
Və nəhayət...
Tunisdə başlayan, Misirlə alovlanan üsyan dalğası Liviyaya da çatdı. 2011-ci il fevralın 15-də 42 illik diktatura rejimindən bezən liviyalılar küçələrə axışdılar. Liviyada ilk etirazlar bu tarixdən başlasa da, rejim əleyhdarları 17 fevralı Üsyan Günü elan etdilər. Məqsəd isə minlərlə insanı meydanlara toplamaq idi. Xüsusən də ölkənin iri şəhərləri Benqazi, Əcdəbiyyə, Dərnah və Zintanda kütləvi etiraz aksiyaları baş tutdu. Qəzzafi elə ilk gündən dinc nümayişçilərə qarşı silaha əl atdı. Etirazçıların tələblərinə məhəl qoymayacağını açıq şəkildə söyləyən diktator, hətta onları “tarakan”a da bənzətdi.
42 illik rejim 7 aya devrildi
Bütün ölkəni bürüyən üsyan dalğası 42 illik diktatorun vecinə olmadı. O, daxili və xarici təzyiqlərə məhəl qoymadan qanlı əməllərini davam etdirdi. Sonda BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası Liviyada Qəzzafi rejiminə qarşı hərbi əməliyyatların keçirilməsini nəzərdə tutan qətnamə qəbul etdi. NATO qırıcıları rejimin hərbi obyektlərini (təsisatını) hədəf aldı. Diktator dirəniş göstərmək üçün Afrika ölkələrindən muzdlu əsgərlər gətirtdi. Lakin bütün bunlara baxmayaraq, xalqın etimadını itirmiş Qəzzafi rejimi hər ötən gün sona doğru gedirdi. Özünə sadiq yaraqlıların (silahlıların) sayəsində yalnız paytaxt Tripoliyə (Trablosa) nəzarəti əlində saxlayan Qəzzafi, nəhayət, avqustun (August) 22-də devrildi. Azadlıq qəzeti



İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir