SON XƏBƏRLƏR

Azərbaycan sərhəçiləri İran dənizçilərini xilas edib – VİDEO

2021.10.20, 07:36
Azərbaycan sərhəçiləri İran dənizçilərini xilas edib – VİDEO

Gunaz.tv

GünAz TV: İyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb. Batmadan əvvəl gəminin 9 nəfərdən ibarət olan ekipajı Azərbaycan sərhəçiləri tərəfindən xilas edilib.

 

"Report" “Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir. 

 

Cümə günü Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. 

 

Bundan başqa, əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri cəlb olunub. 

 

Sərhəd gözətçi gəmisi və helikopterlər hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Heyət üzvləri Bakıya gətirilib. Onlardan 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.

 

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

 

Gəminin batmasına səbəb kimi ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.

 

https://www.youtube.com/watch?time_continue=79&v=XE_CyAVos_w

 

 

N.S

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar