SON XƏBƏRLƏR

Suriya müxalifəti BMT-yə müraciət edəcəyini bildirib

2021.10.20, 07:36
Suriya müxalifəti BMT-yə müraciət edəcəyini bildirib

Gunaz.tv

GünAz TV: Suriya Milli Şurasının sədri Burhan Qalyun Ərəb Birliyi baş katibliyilə birlikdə bir həftə içərisində BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına müraciət etmək barədə qərar qəbul etdiklərini açıqlayıb.

 

İstanbulda keçirilən "Suriyanın dostları" konfransında iştirak edən Qalyun jurnalistlərin suallarını cavablandırıb. Milli Şuranın sədri BMT-yə verilən vaxtın ucu açıq vaxt olmadığını deyib və Suriyada yeganə legitim (məşru, qanuni) təmsilçi olduqlarını bildirib.

 

Qalyun Suriyanın uğradığı zərərin aradan qaldırılması üçün beynəlxalq fond yaradıldığını xatırladıb. O, beynəlxalq fonddan Azad Suriya Ordusunun silahlanması üçün istifadə edilməyəcəyini deyib. N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar