SON XƏBƏRLƏR

Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub

2023.05.10, 14:50
Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub

Gunaz.tv

Report xəbər verir ki, dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Dövlət başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoyub. 

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar