2023-cü ilin yay mövsümünün başlaması ilə Urmiya gölü sürətlə qurumaq vəziyyətinə gəlmişdir.
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb
ABŞ təyyarədaşıyan gəmisinin missiyası uzadılır: heyət bir il dənizdə qalmağa hazırlaşır
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib
Ərdoğan Pezeşkianla görüşdə: “Müharibə tezliklə başa çatmalıdır”
Möhsün Rezainin Türkiyə ilə bağlı iddiası etirazlara səbəb olub (Video)
Dörd Güneyli fəalına 40 il həbs cəzası verilib
İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Abbas Lisani və Yusif Karinin həbsindən bir il ötür
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
Britaniyada iki iranlı casusluqda təqsirli bilindi
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
İranın 11 əyalətində qaz kəsintiləri olacaq
Pezeşkian və Ərdoğan görüşdü
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
2023-cü ilin yay mövsümünün başlaması ilə Urmiya gölü sürətlə qurumaq vəziyyətinə gəlmişdir.
Urmiya gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin apardığı hesablamalara və araşdırmalara görə, oktyabrın ilk ongünlüyünə, yağış mövsümünün başlanmasına qədər suyun buxarlanması səbəbindən göl tamamilə quruyacaqdır. Hazırda göl playa vəziyyətindədir və quruduqdan sonra səhraya çevriləcəkdir. Playa ispan mənşəli sözüdür və geoloji termin olaraq səhranın ortasında yağış suyunun toplandığı çuxurlara aiddir.
Sahəsi 6200 kvadrat kilometr, uzunluğu 120 və eni təxminən 50 kilometr olan Urmiya gölü 15 il əvvələ kimi dünyanın ikinci duzlu gölü idi və 33 milyard kubmetr suya malik idi. Amma indi, yayın ikinci ayında orada 700 min kubmetrə yaxın su qalır. Gölün tam quruması ilə orada digər duzlarla qarışıq 10 milyard ton duz cəmlənmişdir.
Gölün şimal hissəsində çökən duzun qalınlığı 4 metrdən artıq, şərq və cənub hissələrində isə 2 metrə yaxındır. Son 15 ildə davam edən böhranlı vəziyyət nəticəsində gölün dibinə çökmüş duzlar bir-birinə yapışaraq çuxurları doldurmuş və gölün dibini qaldırmışdır.
Bu o deməkdir ki, göl artıq dərin deyil və daha çox bir su anbarına bənzəyir. İndi quru duzlar kristal şəklindədir və gələcəkdə günəş şüaları altında toz halına gələcək, sonra isə külək və tufanla birlikdə duz sunamisi baş verəcək və duz bombasının partlaması ərazini yaşayış üçün qeyri mümkün olan bir səhraya çevirəcəkdir.
Bu ekoloji fəlakətin qurbanları qısa müddətdə 6 milyon, perspektivdə isə 15 milyon insan ola bilər. Üç milyon əhalisi olan Təbriz şəhəri onun ilk qurbanlarından biri olacaqdır. Çünki küləyin istiqaməti qərbdən şərqə doğrudur və göl Təbriz düzü ilə birləşir və göllə şəhər arasında heç bir təbii maneə yoxdur.
Bu göldə yeganə canlı varlıq elmi adı "Artemia Urmiana" olan və eyni zamanda Urmiya kürüsü kimi tanınan artemiyadır. Bir vaxtlar ümid edilirdi ki, artemiyadan düzgün istifadə edilərsə, onun ixracından əldə olunan gəlir rayonun ümumi kənd təsərrüfatı gəlirindən çox olacaqdır. İndi gölün qalan suyunda həddindən artıq duzluluq olduğundan artemiyalar üçün yaşamaq və çoxalmaq mümkün deyil və onlar məhv olub gedirlər.
Urmiya gölünün qurumasının səbəbi ilə bağlı bir neçə nəzəriyyə vardır. Amma bu nəzəriyyələrin hamısında gölün qurumasının əsas səbəbi kimi insan amili və suyun düzgün idarə olunmaması göstərilir. Nəzəriyyələrdən bəziləri gölün İslam Respublikası tərəfindən məqsədyönlü şəkildə qurudulmasını siyasi motivlərlə vurğulayır, digərləri isə gölün qurudulmasını xarici güclərin daxildəki agentləri tərəfindən həyata keçirilən trans-regional plan kimi qiymətləndirirlər. Bu gölün quruması ilə bağlı bir çox sui-qəsd nəzəriyyələri də mövcuddur.
İslam Respublikası hakimiyyətə gəldiyi gündən heç bir elmi və iqtisadi araşdırma aparmadan əhali artımını, kənd təsərrüfatının özünü təmin etməsi və ərzaq təhlükəsizliyi kimi məsələləri hökumətin gündəminə gətirildi və bu zaman Haşimi Rəfsəncani də deyirdi ki, “ölkədə bəndsiz heç bir çay olmamalıdır”.
Eyni motivlər və qeyri-elmi şüarlarla İran-İraq müharibəsindən sonra müharibədən qalan ağır maşınları qənimət kimi ələ keçirən SEPAH-ın “Xatəmül-Ənbiya” şirkəti tərəfindən bəndlərin tikintisinə başlanılmış və Urmiya gölünə tökülən 22 çay üzərində 40 bənd inşa edilmişdir.
Həmçinin Urmiya gölünün suayrıcında qazılan 100 mindən çox dərin quyu gölün altındakı bulaqların korlanmasına və qurumasına səbəb olub. Beləliklə, gölün yeganə su mənbəyi qar və illik yağış oldu. Eyni ənənəvi suvarma üsulu ilə əkin sahələri iki dəfə artırılaraq 600 min hektara çatdırıldı. Suyun gölə daxil olmasının qarşısı alındı. Bununla da ərzaqla özünü təmin etmə siyasətinin icrası mümkün olmadı.
Urmiya gölü beynəlxalq bataqlıqdır. Göl 1976-cı ildə Ramsər Konvensiyasına görə planetin müstəsna yaşayış yeri və qlobal biosfer mərkəzi kimi qeydə alınıb. Urmiya gölünün ekosisteminin monitorinqinə cavabdeh olan YUNESKO Urmiya gölünün quruması təhlükəsini dəfələrlə İran dövlət rəsmilərinə xatırladıb. Amma İran hökuməti həmişə gölün qurumasını təbii bir prosesin nəticəsi kimi dəyərləndirib.
Camaat gölün qurumasına etiraz edəndə müvafiq məmurlar, hətta prezidentlər belə proqnozlar verirdilər. O cümlədən Əhmədinejad da heç bir tarixi sübut təqdim etmədən bu gölün hər 500 ildən bir quruduğunu iddia etmişdir. Urmiya gölünün qurumasına birbaşa cavabdeh olan ölkənin Energetika, Ekologiya və Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri problemin həlli üçün həmişə yanlış səbəblər göstəriblər.
Bəzən deyirdilər ki, gölün quruması gölün ortasından salınmış körpünün suyun dövranına mane olması ilə bağlıdır. Bəzən bölgədə quraqlıqdan əsər-əlamət qalmadığı halda belə, yağışın azalmasının gölün qurumasına səbəb olduğunu deyirdilər, bəziləri isə qondarma elmi səbəb göstərərək gölün qurumasına qlobal istiləşməni səbəb kimi göstərirdilər.
İsveçrə və Almaniya universitetləri tərəfindən gölün 25 metrə qədər dərinliklərindən və çöküntü qatlarından götürülən nümunələr üzərində geoloji tədqiqatlar aparılmış və artemiyanın müxtəlif lövhələrini tədqiq etməklə bu qənaətə gəlmişlər ki, son 50.000 ildə Urmiya gölündə suyun miqdarı dəyişib, amma heç vaxt qurumayıb.
Ölkənin Geologiya Komitəsi nəzdindəki elmi-tədqiqat institutunun rəhbəri xanım Mərziyə Lek “Həmşər Online”-a müsahibəsində deyib:
“Göldə su azalmağa başlayanda araşdırmalara başladıq və bəzi ekoloji tədqiqatçıların əməkdaşlığı ilə Energetika Nazirliyinin rəsmiləri ilə görüşdük və onlara dedik ki, Urmiya gölü üçün lazım olan normada su ayrılmaması prosesi davam edərsə, bu ərazi playaya çevriləcək və sonra quruyacaq. O zaman Energetika Nazirliyinin rəsmiləri bu açıqlama ilə razılaşmayaraq Urmiya gölünün qurumasının iqlim dəyişikliyi ilə bağlı olduğunu vurğuladılar və təkidlə bildirdilər ki, bu gölün qurumasında insan amili, bənd tikintisi və su payının ayrılması daha az rol oynayır. Buna görə də Berlin Universiteti ilə əməkdaşlıq çərçivəsində bu universitetdə mütəxəssislərin iştirakı ilə konfrans keçirildi və Energetika Nazirliyinin bəzi rəsmiləri də orada iştirak etdilər. Təəssüf ki, bu konfransda da Energetika Nazirliyinin rəsmiləri iqlim dəyişikliyi ilə bağlı hesabat təqdim etdilər və temperaturun 2 dərəcə yüksəldiyini açıqlamaqla gölün həmin səbəbdən quruduğunu açıqladılar. Konfransda iştirak edən iqlim sahəsindəki ekspertlərdən biri bu hesabata etiraz edərək bildirdi ki, temperaturun 2 dərəcə artması elmi əsas deyil və əgər bu ciddi temperatur artımıdırsa, o zaman biz Almaniyanı tərk edib getməliyik. Bundan sonra o, insan amilinin araşdırılmasını təklif etdi”.
Su bəndlərinin tikintisinə və satışına icazə verən Energetika Nazirliyinin məsul şəxsləri Urmiya gölünün qurumasının səbəbləri barədə nəinki Şərqi və Qərbi Azərbaycanda yerli əhaliyə, eyni zamanda, Geologiya Komitəsi nəzdindəki Elmi-Tədqiqat İnstitutunun rəhbərinin etirafına görə, alman mütəxəssislərinə də yalan danışıblar və əcnəbi mütəxəssislərin onların qeyri-elmi sözlərinə inanmasını gözləyirdilər, camaat isə öz gözləri ilə gölə suyun girməsinin qarşısını aldıqlarını və qəsdən qurutmaq niyyətində olduqlarını görüblər.
Eyni zamanda, İran İslam Respublikası Radio və TV Verilişləri Komitəsi “səhraşünaslıq elminin atası” adı verilmiş Pərviz Kürdəvanini mütəmadi olaraq bir mütəxəssis kimi televiziyaya çıxarır və o da elmi vicdanını ayaqlar altına qoyaraq ictimai fikri yayındırmaq üçün xalqın qarşısında deyirdi ki, Urmiya gölü qurumalıdır və bu qədər qiymətli olan şirin su o duzlu gölə tökülməməlidir.
İndi iş işdən keçdiyindən və hətta Urmiya gölünün tam bərpasından mütəxəssislərin belə məyus olduqları bir zamanda gölün kiçik bir hissəsini xilas etmək üçün ekspert planlarını təqdim etməyə çalışırlar. Bu mütəxəssislərin arzuladığı model Orta Asiyada qurumaqda olan Aral gölünün Qazaxıstan hökuməti tərəfindən onun şimalında kiçik bir hissəni canlandırıb xilas etməyə müvəffəq olması ilə bağlı bir modelidir. Amma Aral gölü ilə Urmiya gölü arasında əsaslı fərq vardır. Beləki, Aral gölünün quruması ilə Orta Asiyanın ekosistemi qətiyyən dəyişməyəcək, duz tufanı və sunami yaratmaq üçün geridə 10 milyard ton duz kütləsi qoymayacaqdır.
Bu ekspertlərdən biri də Urmiya Universitetinin ekologiya elmləri professoru cənab Ağdır. O hesab edir ki, “Kanisib” bəndindən ötürülən su ilə gölün 25%-ni bərpa etmək mümkündür və bu 25% suda ildə 500 ton artemia istehsal etməklə gölün bərpası xərclərini ödəmək olar. Professor Ağ “Həmşəri Online”-a verdiyi müsahibədə göl duzuna nəzarət haqqında da belə deyir:
“Gölün duzunun üzərini örtmək mümkündür. Bu, çox böyük və çətin bir iş deyildir. Düzdür, bu göldə çoxlu duz var, amma onu bahalı olmayan və saxlama müddəti uzun olan bir şeylə örtmək olar. Belə ki, hətta tufanlar və güclü küləklər də onu sarsıda bilməz. "Geomembran" maddələrdən hazırlanan plastık təbəqələrdən hovuzların dibində də istifadə olunur. Sonradan nə vaxt istəsək, onları götürə bilərik. Bu üsulla duz hissəciklərinin axınının qarşısını almaq olar”.
Professor Ağ bilməlidir ki, Urmiya gölünün su hövzəsinin kifayət qədər suyu var və Urmiya gölünü canlandırmaq üçün kKçik Zab çayından və Kanisib bəndindən su gətirməyə ehtiyac yoxdur. Ekoloji ekspertlərin əksəriyyəti suyun bir ərazidən digərinə köçürülməsinin əleyhinədirlər və iranlılar son illərdə suyun Luristandan İranın mərkəzi bölgələrinə ötürülməsinin dəhşətli nəticələrini müşahidə edirlər. Bu suların ötürülməsi xəzinədən çox böyük xərclər hesabına təhlükəsizlik qurumları tərəfindən həyata keçirilir və onların içində çox böyük podratçı şirkətlər vardır, ona görə də ətraf mühit və milli maraqlar həmin podratçı şirkətlər üçün problem olmayıb və deyildir.
Urmiya gölünü canlandırmaq üçün Kanisib bəndindən gətirilən su da yolda sərf olunur və gölə çatmır. İldə 300 milyon kubmetr su gətirmək üçün dağın altından 36 km tunel qazdılar. Sonra suyu Qodar çayına çatdırmaq üçün 11 kilometr beton kanal çəkdilər ki, su çayın içi ilə 28 kilometr getdikdən sonra gölə daxil olsun. İndi məmurlar hesab edirlər ki, bu qədər su gölü canlandıra bilməz, ona görə də onu gölə tökmək lazım deyil. Urmiya gölünün ekoloji mühitinin bərpası üçün 15 milyard kubmetr suya ehtiyacı vardır.
15 il əvvəl professor Ağın planına oxşar planlar verildi və o vaxt dedilər ki, duzun səthini örtmək, duz tufanının qarşısını almaq üçün təyyarə ilə gölə qatran (qır) səpməliyik. Bu plan bəzi neftlə zəngin ərazilərdə qum seli üzərində malçlama planının eynisi idi, lakin praktik plandan daha çox xəyali plana bənzəyirdi. Urmiya gölünü faydalı qazıntıların istismarı məqsədilə ilə qurudan İslam Respublikası gölün xilası üçün heç bir əməli plana, hətta idarəolunmaz fəlakətli nəticələrə gətirib çıxara biləcək sınaqdan keçirilməmiş xəyali planlara belə imkan verməyəcəkdir.
10 il bundan öncə Urmiya gölünün qurumasına etirazlar ictimailəşəndə və Təbrizdə gölün qəsdən qurudulmasına qarşı keçirilən cəmi bir nümayişdə Şərqi Azərbaycan vilayətinin baş hakiminin sözlərinə görə, 1100 nəfər ekoloji mühit tərəfdarı həbs edilmişdi. Təbriz Kəşfiyyat İdarəsində həbs olunanları dindirərkən sonra bu etirazçıların və ekoloqların xaricilərin təhriki ilə təxribat törətmiş şəxslər adlandırıblar. Açıq şəkildə dedilər ki, Urmiya gölü bəhanədir və siz pantürkizmi təbliğ edirsiniz, separatizm niyyətindəsiniz.
İnsanlar hələ də gölün dirçəlməsini istəyirlər və hətta gölün şərqindəki kənd sakinləri Məhərrəm ayı matəmlərində Urmiyə gölünə su gətirmək üçün Kərbəladan kömək istəyirlər. Lakin gölün gələcəyi ilə bağlı İslam Respublikası rəsmilərinin təklif etdiyi həll yolları Urmiya gölünün dirçəldilməsi istiqamətində deyil, daha çox gölün minerallarının tamamilə quruduqdan sonra istismarı istiqamətindədir. Ona görə də İslam Respublikasının hakimiyyəti dövründə göl yenidən canlana bilməz.
Keçən il Qərbi Azərbaycanın vilayətinin başçısı vəzifəsinə təyin edimiş briqada generalı Əbdül Həmid mətbuat konfransında bildirib: “Urmiya gölü İranın ən böyük mədənidir. Bu göldə 10 milyard ton faydalı qazıntının olması Urmiyanı ən zəngin mineral əraziyə çevirib. Urmiya gölünün duzunda "natrium", "kalium", "kalsium asetat", "litium", "maqnezium", "xlor", "brom", "sulfat", "bikarbonat" və s. bu kimi minerallar vardır. Bu minerallar sənaye və kənd təsərrüfatında bir çox tətbiqlərə malikdir”.
Təbii sərvətlərin yalnız təbiətdən talan edilməsini başa düşən İran İslam Respublikası Urmiya gölünün duzlarında bütün bu nadir faydalı qazıntıları görərək insanların sağlamlığına, ətraf mühitin qorunmasına və gələcək nəsillərin həyatına məhəl qoymur. O, Urmiya gölünün duzunda litium və nadir metalların istismarına göz dikib.
İbrahim Rəisi hökuməti “Göl Bərpası Qərargahı”nı ləğv edib, onun yerinə “Gölü Bərpa Qrupu” yaradıb və ona sədrliyi də Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Sadeq Mötəmediyana həvalə edib. Məsuliyyətin gölün bərpasına heç bir üstünlük verməyən bir şəxsə verilməsi, JCPOA-nın (BARJAM/ Birgə Kompleks Fəaliyyət Planı) və nüvə sazişinin dirçəldilməsi məsuliyyətini həmişə JCPOA-ya qarşı çıxanlara vermək kimidir. Məhəmməd Sadiq Mötəmediyanın iş fəaliyyəti tarixində Rəzəvi Xorasanı valisi olarkən müraciət edən şəxsin onun tərəfindən döyülməsi xatirəsi hələ də yaddaşlarda yaşayır.
Qərbi Azərbaycan valisi, yəni Urmiya gölünün bərpası üzrə işçi qrupunun rəhbəri təhlükəsizlik işçisidir, su və torpaq sahəsində onun heç bir təcrübəsi yoxdur. O, bu yaxınlarda İRNA xəbər agentliyinə deyib: “13-cü hökumətin prioriteti insanların güzəranını təmin etmək idi və Urmiya gölünün bərpası ekspert siyasətləri həyata keçirməklə xalqın güzəranına, xüsusilə də fermerlərə zərər verməyəcək şəkildə idarə olunmalıdır”.
Eyni rustik arqumentlə son iki onillikdə gölü qurutdular. İndinin özündə də Qərbi Azərbaycandakı iqtidar nümayəndəsi təbiətin, milyonlarla insanın iş və məişətinin həm bu gün, həm gələcəkdə qorunub saxlanması üçün heç bir məsuliyyət hiss etmir.
Azərbaycanlıların bütün haqlı tələblərini təhlükəsizlik olaraq görən vali İRNA xəbər agentliyinə müsahibəsində deyib: “Bədxahlara gölün gələcəyini siyasi və etnik çərçivələrə salmağa icazə verilməməlidir”.
Bütün hökumətdə eyni demaqoq məntiq hökm sürür və onlar yarımçıq qalmış bəndləri tamamlamaq üçün tikməyə başlayıblar və energetika naziri Nazlı çay və Barandüz çayları üzərindəki bəndlərin tikilməsi barədə də göstərişlər verib. Bu çaylar üzərində bəndlərin tikintisi 10 il əvvəl insanların etirazı ilə dayandırılmışdı. İndi isə gölün həmişəkindən daha çox suya ehtiyacı olduğu bir vaxtda Energetika naziri yeni bəndlərin tikintisi barədə göstəriş verir və Ətraf Mühitin Mühafizəsi Agentliyi gölün duzlarını istismar etmək üçün lisenziya verir. Bu cür dağıdıcı insanlar nümunəvi idarəçi olaraq seçilirlər.
“Barna” xəbər agentliyinin Qərbi Azərbaycandan verdiyi məlumata görə, Ətraf Mühitin Mühafizəsi Təşkilatının vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Selacqehin iştirakı ilə keçirilən festivalda Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi üzrə Baş Direktoru Səid Şahənd nümunəvi ölkə meneceri olaraq seçilmiş və təşəkkür lövhəsi ilə təltif edilmişdir.
Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki işlər üzrə müavininin sözlərinə görə, hər il göl yatağından 2 milyon ton duz çıxarılır və “bu il üçün də göl yatağındakı 20 hektar sahədə məhsul yığımı lisenziyası şəklində 12 lisenziya verilib”.
Urmiya gölünün quru duzunun xammal olaraq ən çox istehlakı şüşə sənayesi, turşu istehsalı sənayesi və dolayı yolla yuyucu vasitələr istehsal edən fabriklər tərəfindən həyata keçirilir. Təmizləndikdən sonra gölün duzundan xörək duzu da alınır. Qış mövsümündə göl duzundan əsasən yolların buz bağlamasına qarşı istifadə olunur.
Hələ də Qərbi Azərbaycan valisi kapital cəlb etmək və Urmiya gölündən faydalı qazıntılar çıxarmaq üçün lisenziya vermək üçün reklam edir. 2 milyon ton duzun istismarçı şirkətlər tərəfindən ətraf mühitin mühafizəsi qaydaları nəzərə alınmadan çıxarılması yatağı məhv edir və gölü çirkləndirir. Yük maşınlarının və yükləyicilərin hərəkəti mövcud duz kristallarını toz halına gətirir və nəticədə küləklə birlikdə duz fırtınası yaranır.
Marağa şəhərində ən böyük natrium karbonat və şüşə istehsalçısı olan “Kave” soda zavodu Urmiya gölünün istifadəçilərindən biridir.
Bu şirkət 20 ildir ki, göldən xammal toplayır. Şüşənin xammalı əhəng və duzdur. Adıgedən zavoddan çıxan kimyəvi tullantılar Şərqi Azərbaycan vilayətinin Təchizat Şurasının icazəsi ilə boru vasitəsilə yenidən gölə ötürülür. “Kave” soda zavodu bölgəni və yeraltı suları və hətta Urmiya gölünün özünü zəhərli maddələrlə çirkləndirməkdə günahkardır, lakin heç vaxt hökumət tərəfindən tullantı maddələrin filterdən keçirilməsi və ekoloji standartlara əməl edilməsi onlardan tələb olunmayıb.
Şərif Texnologiya Universitetində Urmiya gölünün son 60 ilin ən aşağı səviyyədə olduğu və ciddi tədbir görülməsə, yayın sonuna qədər tamamilə quruyacağı açıqlandığı gündən gölün ətrafında yaşayan milyonlarla insan və həmçinin ekoloji fəallar narahatdırlar.
Amma görünən odur ki, Azərbaycanın firuzeyi incisinin qurumasına səbəb olan hakimiyyətə qarşı ciddi etirazlar baş verməyəcəkdir. Ola bilsin ki, son 20 ildə gölün qurumasına etiraz edib, bu yolda külli miqdarda pul xərcləyən insanlar indi yorulub məyus olublar. Digər tərəfdən, İslam Respublikasının müsbət bir şey edə biləcək dərəcədə fəaliyyətini də görmürlər. Hökumət də gölün qurumasını təbii hal kimi göstərməyə, zaman keçdikcə xalqın qəzəbini cilovlamağa çalışır.
Su üzrə mütəxəssisləri hesab edirlər ki, göl tamamilə qurusa belə, onu bərpa etmək olar. Çünki o, insan əli ilə qurudulub və insan əli ilə yenidən canlana bilər. Bununla belə, onun dirçəlişi müəyyən zaman aparacaq. Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri dəfələrlə deyib: “Urmiya gölünün dirçəldilməsi iki milyard dollara başa gələcək, amma quruyarsa, 2000 milyard dollardan çox ziyana səbəb olacaqdır”. Gölün ağı deməklə, mərsiyə ilə canlanmayacağı şübhəsizdir. Dövlət məmurlarına müxtəlif yollarla təzyiqlər edilməlidir ki, bu yolda nəsə kiçik və müvəqqəti işlər görsünlər ki, xalq özü əsaslı şəkildə düşünə bilsin.
Son iki onillikdə İran parlamentinə deputatlığa namizəd olanların və ya prezident olmaq istəyənlərin hamısı Urmiya gölünün dirçəldilməsi şüarı ilə kampaniyalarına başladılar və Azərbaycan xalqından səs alandan sonra bütün vədləri unutdular, hətta gölü qurutmaq istəyənlərə şərik də oldular. Bu gün parlamentdə oturanlara ümid yoxdur, onlar gölün xilası üçün təcili addım atmaq əvəzinə, gölün bərpası qərargahının araşdırma planını öz bandasının maraqlarına uyğun bir şəkildə təsdiqləyirlər. Bu nümayəndələrin əksəriyyəti korrupsiyaya və xalqa qarşı çıxmağa o qədər öyrəşiblər ki, bir addım atsalar, şübhəsiz ki, xalqın mənafeyinə zidd olacaqdır.
Gölü diriltməkdə maraqlı olan və hökumətin müsbət addımından məyus olanların beynəlxalq ictimaiyyətə müraciət etməkdən, ifşa və lobbiçilik yolu ilə Urmiya gölünün quruması təhlükəsini regiona və bütün dünyaya xatırlatmaqdan, . ciddi tədbirlər üçün beynəlxalq yardım istəməkdən başqa çarələri yoxdur.
İslam Respublikası hökuməti dünyadan təcrid olunub və yaratdığı böyük problemi həll etmək gücünə malik deyildir. Bu hökumətin rəhbərləri beynəlxalq ekspertlərin köməyinə inanmır və heç kim də İslam Respublikası ilə əməkdaşlıq etmək istəmir. Ona görə də vətəndaş cəmiyyəti və diaspora təşkilatları gələcəkdə insan fəlakətlərinin qarşısını almaq üçün bu ekoloji fəlakətin qurbanları adından BMT-nin ətraf mühitin qorunması şöbəsindən və Dünya səhiyyə komitəsindən kömək istəməlidirlər.
Maşallah Rəzmi
Paris, 25 iyul 2023
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
Pezeşkian və Ərdoğan görüşdü
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Üç şəhərdə daha yeddi məhbus edam edildi
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran səfirliyi Azərbaycan QHT-ləri tərəfindən Məsud Pezeşkiana yazılan məktubu məhv edəcəklərini açıqlayıb
Təbriz meri dörd şəhərin bu metropol şəhərə birləşdirilməsini istəyib
Traktorun kapitanı : Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir – ölkənin bütün stadionlarında türklər təhqir olunur
Güney Azərbaycanda mazut yandırılması ilə bağlı xəbərdarlıq: milyonlarla insanın sağlamlığı təhlükə altındadır
“Ciloluq” sənədli filmi İstanbulda keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalında nümayiş etdirilib