“Bu gün artıq ölkəmizin, Qarabağımızın ən iri, qədim, füsunkar guşələrindən olan doğma Füzuliyə ilk köç karvanını yola salırıq.
Bu münasibətlə bütün Füzuli sakinlərini, qarabağlılarımızı, keçmiş məcburi köçkün soydaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm.
Köç möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
Biz əminik ki, bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq" -deyə, Komitə sədrinin müavini vurğulayıb.