SON XƏBƏRLƏR

Ərdoğanla Putinin görüşü Rusiyada baş tuta bilər

2023.08.19, 12:17
Ərdoğanla Putinin görüşü Rusiyada baş tuta bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin Rusiyada görüşə bilərlər. Bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Gunaz.tv

Qara dənizdə təhlükəsizliyin təmin edilməsinə görə liderlərin hansı tarixdə görüşəcəyi  bildirilmir. 

“Rumıniya və Bolqarıstanın ərazi sularından istifadə etməklə taxıl dəhlizindən yan keçmək təşəbbüsləri münaqişənin yayılması riskini artırıb”,- məlumatda deyilir.

Bundan əvvəl Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Qriqori Karasin Rusiya və Türkiyə prezidentlərinin  görüşündə müzakirə  mövzularından birinin Ukrayna böhranı olacağını bildirmişdi.

Siyasi müşahidəçi Andrey Perlanın fikrincə, Putin və Ərdoğan arasında mümkün görüş çətin ki, taxıl müqaviləsinin bərpası ilə bitsin.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar