SON XƏBƏRLƏR

İran həbsxanalarında 10 məhkum edam edildi

2023.08.21, 16:30
İran həbsxanalarında 10 məhkum edam edildi

İranın Zahidan, Əhvaz, Kirman, Kəhnuc və Qəzvin şəhərlərinin həbsxanalarında daha 10 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərin birinin adam öldürməkdə, doqquzunun isə narkotik maddələrin alverində günahlandırıldıqları bildirilib.

Qeyd edək ki, iyul ayı ərzində İran həbsxanalarında 4-ü qadın və 4-ü Əfqanistan vətəndaşı olmaqla,  61 nəfər edam edilib.

Cari ilin 7 ayı ərzində isə İranda ümumilikdə 423 nəfər edam olunub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar